Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda baramaçılıq ənənələri davam edir

17 may 2021 | 16:00

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində umumidaxili məhsul buraxılışında aqrar sektorun xüsusi çəkisi  nəzərə çarpacaq dərəcədə artmış, Ölkə büdcəsinin neftdən asılılığı xeyli azalmışdır. Ölkədə qeyri neft sektorunun aparıcı sahəsi olaraq aqrar sahəsinin inkişaf  etdirilməsi prioritet məsələ kimi qəbul edilmişdir. Bu sahəyə hərtərəfli dövlət dəstəyi artırılmış, kənd təsərrüfatının şaxələndirilməsi üçün ardıcıl işlərə başlanılmışdır. Bu məqsədlə qədim ənənələrə söykənən, geniş iş tutumlu sahələrdən biri kimi baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Ölkədə barama istehsalının artırılması məqsədi ilə bu sahənin yem təminatı,istehsalının müasirləşdirilməsi və tədarükünün asanlaşdırılması üçün artıq ardıcıl işlərə başlanılmışdır. Baramaçılığın perspektivli sahə olduğu nəzərə alınaraq onun inkişaf etdirilməsinin vahid proqram əsasında həyata keşirilməsi məqsədi ilə Azərbaycan Respubilkası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərancamı ilə “Azərbaycan Respubilkasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramına əsasən 2025-ci ilədək ölkədə barama istehsalının  6 min tona çatdırılması nəzərdə tutulmuşdur.Baramaçılığın stimullaşdırılması məqsədi ilə Ölkə Prezidentinin müvafiq fərmanına əsasən yaş baramanın hər kq-ı üçün istehsalçılara dövlət büdcəsi hesabına 5 manat subsidiya,tədarük təşkilatları tərəfindən isə 4 manat vəsaitin ödənilməsi həyata keçirilir.               

    Dövlət Proqramının icrası istiqamətində rayonumuzda da ardıcıl işlər görülməkdədir. Rayon rəhbərliyinin təşəbbüsü ilə Biləsuvar rayonu ərazisində məskunlaşmış əhalinimizin məşulluğunun daha da artırılması, sosial rifahının yüksəldilməsi və ailə büdcəsinin formalaşmasında baramaçılığın da müəyyən yer almasına dəstək üçün artıq 2016-cı ildən işlərə başlanılmışdır. İlkin olaraq baramaçılıqla məşğul olmuş və bu sahədə kifayət qədər təcrübəsi olan keçmiş kümdarlarla məsləhətləşmələr aparılmış, bu işlə məşğul olmaq üçün real kümçülər müəyyənləşdirilərək onlara torpaq sahələri ayrılmış, əvəsiz olaraq tut tingləri paylanılmışdır. Tut tinglərinin əkini daha münasib və suvarma suyu ilə tam təmin olunmuş ərazilərdə aparılmışdır. Bu məqsədlə 2016-2020-ci illər ərzində 200 nəfərə yaxın kümçümüzə ümumilikdə 150 min ədəd tut tingi paylanılmışdır. Əhaliyə paylanılmış tut tinglərinin 67,5 min ədədi Çin Xalq Respubilkasından, 82,5 min ədədi isə yerli müəssisələr tərəfindən istehsal edilmişdir. Rayon DAİM-in mütəxəssislərinin tövsiyyələri əsasında tut tinglərinə aqrotexniki qulluq işləri aparılmışdır. Hazırda tut tinglərinin əksər hissəsində yarpaqlarından ipəkqurdlarının yemləndirilməsində istifadə edilməkdədir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 4 ildə rayon üzrə ümumilikdə 7,9 ton barama istehsal edilmiş, bu sahədə əhalimizin ailə büdcələrinə 71 min manatdan çox vəsait daxil olmuşdur.  Cari ilin məhsulu üçün hazırda Qax Damazlıq İpəkçilik Stansiyasının Füzuli barama qurutmaxanasından 28 aprel tarixində rayona 125 qutu ipəkqurdu alınaraq 110 nəfər kümçülərə paylanılmışdır. Kümçülərə dəstək məqsədi ilə Rayon rəhbərliyi tərəfindən daxili imkanlar hesabına təlabata uyğun olaraq bir neçə kümçüyə əlavə qapalı yerlərin tikintisi üçün tikinti materialları və maliyyə vəsaiti verilmiş, tənəkələr, əhəng,termometrlər, yarpağların daşınması üçün nəqliyyat vasitəsi ayrılmışdır. Qurd saxlanılacaq yerlərdə zərərveriçilərə və xəstəliklərə qarşı profilaktiki dərmanlama işləri aparılmışdır.  Artıq ipəkqurdları 4-cü yaş mərhələsinin yaşayır. Kümçülərimizin səyi nəticəsində işlər davam etdirilir. Hədəflərə nail olmaq üçün hazırda kümçülərimiz səylə çalışırlar. Mütəxəssislərimiz müntəzəm olaraq kümdərlərlə görüşür, ipəkqurdlarının vəziyyətini müşahidə edir, onlara praktiki köməkliklər göstərirlər.Mütəxəssislərin və kümçülərin rəyinə əsasən demək olar ki, cari ildə barama istehsalı üzrə nəzərdə tutulmuş proqnoz tam yerinə yetiriləcəkdir.                        

       Bütün kümçülərimizə uğurlar arzulayırıq.

Keçidlər