Lütfi Zadə adına Məntiq Olimpiadasının rayon mərhələsi keçirilmişdir
17 may 2021 | 16:00
Lütfi Zadə irsinin təbliği, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri müəyyənləşdirmək məqsədilə 8 may 2021-ci il tarixdə 5-ci sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilmişdir. Bu olimpiadada rayonun 34 ümumtəhsil məktəbindən 111 şagird iştirak etmişdir. İştirakçılardan 16-sı Respublika turuna vəsiqə qazanmışdır. Şagirdlərimizi təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq.