Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilmişdir

10 may 2021 | 16:00

   Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon iməciliyi keçirilmişdir.
   Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzmüş və xatirəsi ehtiramla yad edilmişdir.  Daha sonra Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə salınmış “Şəhidlər” abidə kompleksi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, rayon rəsmiləri, idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
   Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirakı ilə keçirilən iməcilikdə əhalinin məskunlaşdığı 11 qəsəbənin ərazisində, Şəhidlər məzarlığında, məktəblərin, bağçaların həyətlərində və digər ərazilərdə təmizlik, abadlıq işləri aparılmışdır. Yeni ağac və gül kolları əkilmiş, mövcud olan yaşıllığa aqrotexniki qaydada qulluq göstərilmişdir.

 

 

Keçidlər