Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilmişdir

07 may 2021 | 16:00

    Mayın 7-də Cəbrayıl rayon İcra Hakimiyyətinin və YAP Cəbrayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə «Zəfərlə gələn doğum gününüz mübarək Ulu Öndər» mövzusunda videokonfrans keçirilmişdir.
    Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
    Əvvəlcə konfrans iştirakçıları dahi şəxsiyyətin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, ruhuna ehtiramlarını bildirmişlər. Konfransda Ümummilli Liderin gələcəyə hesablanmış siyasətinin uğurları, Azərbaycanın qarşısında açdığı imkanlar geniş şərh edilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bu konfransda onu əhatə etmək qeyri-mümkündür. İllər keçdikcə, biri-birindən mühüm uğurlara imza atıldıqca Heydər Əliyev siyasətinin böyüklüyü daha aydın görünür. Bu gün bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev fəlsəfəsini, Azərbaycanı inkişafa aparan strategiyanı uğurla dünyaya təqdim edir. Elə bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham         Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi tarixə düşməsi də məhz Heydər Əliyev siyasətinin təntənəsidir.
    Natiqlər daha sonra qeyd etmişlər ki, Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmışdır. Xalqımız bundan sonra da dahi şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacaq, onun əziz xatirəsi qəlbimizdə yaşayacaqdır.

Keçidlər