Şriftin ölçüsü :

Saytın rəngi :

5 May- Azərbaycan xalçaçılarının peşə bayramıdır

05 may 2021 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il may ayının 5-i Azərbaycanda “Xalçaçı günü” kimi qeyd olunur.
    Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür. Xalçaçılıq isə Azərbaycan mədəniyyətinin bir hissəsidir. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi vardır. Xalçalar tarixən Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi olmaqla yanaşı, həm də milli mədəniyyətinin bariz nümunəsi olmuşdur. Hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
    Dövlətimiz tariximizin və milli mədəniyyətimizin mühüm göstəricisi olan xalçaçılıq sənətinin inkişaf etdirilməsinə böyük diqqət və qayğı ilə yanaşır. Elə bunun nəticəsidir ki, dövlət başçımızın müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-    2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlamışdır. Səhmdar Cəmiyyətin filiallarından biri də 2018-ci ilin sonunda öz qapılarını Cəbrayıl toxucularının üzünə açıb. Bu emalatxanada hazırda 150 nəfər toxucunun, 11 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək şərait yaradılıb.
      5 May- “Xalçaçı günü” peşə bayramı münasibəti ilə karantin rejiminin tələblərinə uyğun olaraq “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialında tədbir keçirilmişdir. Tədbirdə rayon gəncləri, İcra Hakimiyyətinin rəhbər işçiləri, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri  iştirak etmişdir.

Keçidlər