03 sentyabr 2013-cü il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda Cəbrayıl rayon Təhsil işçilərinin sentyabr Konfransı keçirilmişdir.
Konfransı rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat vermiş, sonra ötən konfransdan keçən bir il ərzində rayonun təhsil müəssisələrində görüşmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbin direktoru Əkbər Məhərrəmov, Əmirvarlı kənd tam orta məktəbin direktoru Şəfiqə Abbasova, İsmayıl Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbin direktoru Fəxrəddin Rəhimov və başqaları çıxış etmişdir.
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı cənab Mahmud Quliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Akif Abbasov çıxış edərək rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasiəti ilə təbrik etmişdir.
Tədbirdə Konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti oxundu.