Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyası əleyhinə Cəbrayıl rayonunda profilaktik tədbirlər davam etdirilir

16 aprel 2021 | 16:00

   Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə rayon ərazisində profilaktik tədbirlər həyata keçirilir.
    Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış mobil qrupları hüquq mühafizə orqanları ilə birgə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədilə ərazidə mütəmadi reydlər keçirir. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan sakinlərin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilir. Dünyasını dəyişmiş mərhumların ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilir. Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət etməyən ictimai-iaşə və ticarət obyektləri sahiblərinin barəsində inzibati qaydada təbirlər görülür.
    16 aprel 2021-ci il tarixdə keçirilən reyd zamanı 124 ticarət obyekti, 86 ictimai iaşə və digər xidmət obyektlərinə baxış keçirilmiş, qoruyucu vasitələrdən istifadə etməyən vətəndaşlara xəbərdarlıq olunmuşdur.
    Sakinlərimizi belə bir həssas dönəmdə keçirilən tədbirlərə dəstək göstərməklə dövlətimizlə həmrəy olmaq, birlik və bərabərlik nümayiş etdirərək sanitar-gigiyenik tələblərə və xüsusi karantin rejimi qaydalarına riayət etməyə, özlərini və ətraflarında olan insanları qorumağa çağırırıq.

 

 

 

Keçidlər