Yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb
Respublikamızın bütün bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiya prosesi uğurla davam etməkdədir.
“Azərbaycan Respublikasında Covid-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən, növbəti mərhələdə yaşı 40 və 40-dan yuxarı şəxslərin "Covid-19" xəstəliyinə qarşı vaksinasiyasına start verilib.
05.04.2021-ci tarixdən Cəbrayıl Mərkəzi rayon Xəstəxanasında 40 yaşdan yuxarı şəxslərin koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.
Qeyd edək ki, bu günə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələr və Cocuq Mərcanlı kəndi üzrə ümumilikdə 3161 COVİD-19 infeksiyaslna qarşı peyvənd olunub. Onlardan 1024 nəfəri 65 yaşdan yuxarı, 1947 nəfəri 50-65 yaş arası və 190 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
Vətəndaşlarımıza bu bəladan qurtarmaq üçün peyvənd olunmağı tövsiyə edir və sağlamlıq arzulayırıq.