Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

22 avqust 2013 | 15:00

2013-cü il 21 avqust tarixdə saat 1100 - da Biləsuvar rayonunun ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün tikilmiş 4 saylı qəsəbədə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Tədbirdən əvvəl  qəsəbədə rayon Şəhidlərinin xatirəsinə ucaldılmış Xatirə Kompleksinə əklil və gül dəstələri qoyulmuş, Şəhidlər Xiyabanının önündə keçirilmiş rəsmi hissədən sonra  isə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda şəhidlərin ruhuna ehsan verilmişdir.
Tədbirin davamı olaraq 23 avqust 2013-cü il tarixdə  Bakı şəhərində Şəhidlər Xiyabanı ziyarət edilmiş, sonra isə Azərbaycan Milli Dram Teatrında Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Tədbirə dəvət olunanlar Milli Dram Teatrın foyesində düzülmüş  Cəbrayılın  işğaldan əvvəl və sonrakı dövrünü əhatə edən stendlərlə tanış olduqdan sonra “Erməni işğalında qalan Cəbrayıl” adlı sənədli filmə baxmışdır. 
Baş Nazirin müavini cənab Əli Həsənovun, Prezident Administrasiyasının, Nazilərlər Kabinetinin məsul işçilərinin, Millət vəkillərinin, mərkəzi icra orqanlarının rəhbərləri və nümayəndələrinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, mətbuat işçilərinin, rayondan olan şəhid ailələrinin və  rayon ictimaiyyəti  nümayəndələrinin iştirak etdiyi anım tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov  çıxış etmişdir.

Keçidlər