Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Koronavirus (COVİD-19) pandemiyası əleyhinə ikinci doza vaksinasiya prosesi davam edir

25 mart 2021 | 16:00

Koronavirus infeksiyasına qalib gəlmək üçün Cəbrayıl rayonunda da əhalinin  peyvənd olunması prosesi  uğurla davam etdirilir.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu və dövlətimiz tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyünü nəzərə alaraq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Qeyd edək ki, Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov martın 23-də COVİD-19 əleyhinə ikinci doza vaksinasiya olunub.
25 mart 2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və Cocuq Mərcanlı kəndi üzrə ümumilikdə 2498 COVİD-19 infeksiyaslna qarşı vaksin edilib ki, onlardan 1590 nəfər birinci doza, 908 nəfər isə ikinci doza peyvənd olunmuşdur.
Özümüzün və yaxınlarımızın sağlamlığını qorumaq məqsədilə bu bəladan qurtulmaq üçün vətəndaşlarımıza peyvənd olunmağı tövsiyə edirik. 

Keçidlər