Cəbrayıl rayonunda Koronavirus (COVİD-19) pandemiyası əleyhinə tədbirlər davam edir
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Cəbrayıl rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Rayonda yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiya prosesi davam etdirilir. Əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlər görülüb, bu məqsədlə ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.
Rayon sakinləri, o cümlədən, icra hakimiyyətinin başçısı, başçının müavinləri, əməkdaşlar, bütün idarə və müəssisələrdə çalışan işçilər COVİD-19 əleyhinə peyvənd tədbirində fəal iştirak edirlər.