Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı M .N. Quliyevin Məruzəsi

31 iyul 2013 | 15:00

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2013-cü ilin birinci yarısının sosial– iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunu və bu sahədə rayonda görülən işlər barədə Rayon İcra Hakimiyyətinin başcısı M .N. Quliyevin

Məruzəsi

Hörmətli toplantı iştirakçıları!

Məlumunuz olduğu kimi iyul ayının 18-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
İclasda cənab Prezident ilin altı ayının nəticələrinin çox müsbət olduğunun bildirdi və bu müddətdə Azərbaycanın dinamik inkişaf etdiyini, qarşıda duran bütün vəzifələrin icra edildiyini qeyd etdi.
Ölkədə iqtisadi artım dünya miqyasında nümunə ola biləcək həddə 5 faiz səviyyəsində artmışdır. Ən sevindirici  hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminə 11 faiz artmışdır. Bu son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadı İslahatlarının nəticəsidir. İşin gedişi onu deməyə əsas verir ki, biz 10 ildə qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz hədəfə çatacağıq.
  Kənd təsərrüfatı təxminən 5 faiz artıb və növbəti illərdə bu artım daha da güclü olacaqdır.
İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,8 milyard dollar sərmayə qoyulmuşdur. Bunun təqribən 7 milyardı daxili, 5 milyardı isə xarici sərmayədir. Bu gün həm daxili, həm də xarici sərmayə qoyuluşunun həcmi Azərbaycan üçün çox əhəmiyyətlidir. Daxili sərmayə qoyuluşunun artması ölkəmizin getdikcə artan iqtisadi potensialını göstəricisi kimi qiymətləndirilirsə, xaric sərmayə qoyuluşu isə xarici investorlar üçün ölkəmizin cəlbedici olduğunu göstərir. İlin sonuna kimi investisiyanın 25 milyard dollara çatacağı  gözlənilir.
Azərbaycanda çox böyük investisiya layihələrinin icra edilməsinə baxmayaraq valyuta ehtiyatlarımız ilbəil artaraq 48 milyard dollardan çoxdur. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir. Dünyanın maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir və bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir.
Bəzi ölkələrdən  fərqli olaraq Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Təsadüfü deyildir ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır. Manatın məzənnəsi sabit saxlanmışdır. Altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artmış, inflyasiya cəmi 2 faiz olmuşdur. Orta əmək haqqı 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir .
Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır. Bütün rayonlarda güclü quruculuq-abadlıq işləri gedir, böyük sənaye müəssisələri yaradılır. İşsizlik bəzi inkişaf etmiş ölkələrdə 10,15, 25 faiz olduğu halda Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. 10 il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu ilin altı ayında isə cəmi 55 min iş yeri yaradılmışdır ki,  ondan da 45 mini daimi iş yerləridir.
Keçən rübdə Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər sırasında Davos İqtisadi Forumunu, Madrid Klubunun toplantısını, Amerika-Azərbaycan Konfransını, İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumunu göstərmək olar. Bu kimi tədbirlər Azərbaycanın dünya miqyasında siyasi, iqtisadi, mədəni mərkəzə çevrilməsinə xidmət edir.
Dünyanın bir nömrəli forumu olan Davos Forumunun hesablamalarına görə Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabət qabiliyyətinə görə 46-cı yerdədir. Bu ən ciddi və ən böyük diqqətə layiq olan qiymətləndirmədir. Dünyanın ən sürətli İqtisadiyyatı Azərbaycan İqtisadiyyatıdır və dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün qurumlar qəbul edir.
  Ölkəmizin beynəlxalq nüfuzu da artmışdır. Bunu təsdiq edən ən böyük amil bizim BMT Təhlükəsizlik şurasında üzvlüyümüzdür. Məhz bu dünya tərəfindən Azərbaycana verilən qiymətdir.
Keçən rübdə həmçinin xarici siyasətdə bir neçə əlamətdar hadisə baş vermişdir. İslam əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə donor konfransı keçirilmiş, İslam həmrəyliyi məsələləri diqqət mərkəzində olmuşdur. Dünyada gedən qütbləşmə və ayrı-seçkilik meylərinin gücləndiyi bir dövrdə müsəlman ölkələrinin birliyinin gücləndirilməsinə çox böyük ehtiyac var.
Son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kompaniya aparılır və bir il ərzində Avropa Parlamenti üç anti - Azərbaycan qətnamə qəbul etmişdir. Bu kimi əsasız qətnamələr bizim üçün əhəmiyyət daşmasa da bir tendensiya olaraq qeyd edilməlidir ki, son bir il ərzində Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətini gücləndirmişdir. Bu da təbiidir. Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə bu gün böhran içində yaşayanları yəqin ki, sevindirmir. Bu bir həqiqətdir ki, bəzi ölkələrdə İslamofobiya meylləri həddən artıq güclənib. Bu çox narahat edici problemdir.
Keçən rübdə enerji siyasətimizlə bağlı tarixi hadisələr baş verdi. “ Cənub ” qaz dəhlisinin marşrutu seçildi. Bakı – Tbilisi – Ceyhan, Bakı-Tbilisi - Ərzurum neft-qaz kəməri qədər bizim üçün əhəmiyyətli olan bu layihə bizə imkan verəcək ki, öz qaz potensiallarımızı maksimum dərəcədə realizə edə bilək. Bu hesabla iqtisadiyyatımıza 10 milyard dollar investisiyalar qoyulacaq. 
Bu ilin yadda qalan hadisələrindən biri də Azərbaycanda keçirilmiş hərbi partadır. Bu parad Azərbaycan Ordusunun gücünü göstərdi və eyni zamanda bu parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi. Həqiqətən də Azərbaycan xalqı bu paradı böyük maraqla izlədi və qurur hissi keçirdi ki, bizim belə güclü imkanlarımız, güclü ordumuz var. Eyni zamanda bu parad Ermənistanda böyük narahatlığa səbəb oldu. Lakin Ermənistan xalqı isə bundan qorxmamalıdır. Ermənistan xalqı öz qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, öz rəhbərliyindən qorxmalıdır ki, bu hakimiyyət onları bu vəziyyətə salıb. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müzakirələrdən sonra yekun nitqində gələcəkdə ölkəmizdə görüləcək işlərdən danışdı. Qeyd etdi ki;

- Bakıda və bölgələrdə abadlıq, quruculuq davam etdiriləcək,

- Növbəti aylarda kənd yollarının tikintisi sürətləndiriləcək,
- Dəmir yollarının yenidən qurulması davam etdirəcək,
- Yeni dəniz limanlarının tikintisi başa çatdırılacaq,
- Bakıda yeni yolların, tunellərin, yol qovşaqlarının tikilməsi davam edəcək.
- Gələn aylarda maaşlar, pensiyalar artırılacaq.
- Sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin həcmi artırılacaq,
- İri taxılçılıq fermer təsərrüfatlarının yaradılmasına dəstək veriləcək,
- Taxtakörpü su anbarı layihəsi istismara veriləcək,
- Sənayeləşmə ilə Sənaye parkları yaradılır,
- Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə üçün elektron Hökumət, Elektron xidmətlərin miqyası daha da genişləndiriləcək,

İçməli su, kanalizasiya, qazlaşdırma prosesləri sürətləndiriləcək

Respublikada 2013-cü ilin birinci yarısında əldə edilən müsbət dinamika rayonun sosial-iqtisadi və mədəni həyatında da  müşahidə olunmuşdur. Respublikanın 53 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 67520 nəfər rayon əhalisi ilə müntəzəm əlaqə saxlanmış, onların qayğı və problemlərinin həllinə müvafiq köməkliklər göstərilmişdir.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin  01 iyul 2004 - cü il tarixli 298 saylı Fərmanı ilə  təsdiq edilmiş Dövlət Proqramına və həmin Proqrama 31 oktyabr 2007-ci il tarixli və 21 fevral 2011-ci il tarixli Sərəncamla təsdiq edilmiş Əlavələrə uyğun olaraq  ötən 10 il ərzində 4907 Cəbrayıllı məcburi köçkün ailəsi Dövlət tərəfindən tikilmiş  mənzillə təmin edilmişdir.
Ümumilikdə Dövlət Proqramında və ona təsdiq edilmiş əlavələrdə rayon üzrə nəzərdə tutulan cəmi 41 tədbirdən  hazırda 11-i icra edilib, 21-i icra olunur, 4-ü ehtiyac olmadığından icra olunmur, 3-ü isə 2013-2015-cü illərdə icra ediləcəkdir. Saatlı və Sabirabad rayonları ərazisində istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkün ailələri üçün qəsəbə salınması üçün məsləhətləşmələr aparılır.
  Bilavasitə xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki  11qəsəbədə məcburi köçkünlərimizə göstərilən xidmətin səviyyəsi yüksəldilmiş, burada imkanlarımız daxilində abadlıq işləri görülmüşdür. Belə ki, ilin əvvəlindən başlayaraq Ulu Öndərin adını daşıyan Park sağ tərəfə bir qədər genişləndirilərək  daşla  hasarlanmış, parkın daxilində ümummilli lider Heydər Əliyevin büstü heykəllə əvəz edilmişdir. Hazırda qəsəbələr ərazisində əkilmiş yaşıllıqların qorunub saxlanması üçün aqrotexniki qulluq işləri müntəzəm olaraq davam etdirilir.
Bu  ilin birinci yarısında rayon üzrə ümumi daxili məhsul buraxılışının həcmi keçən ilin eyni dövrünə nisbətən  62.3 faiz artaraq 7 milyon 608 min manata, o cümlədən kənd təsərrüfatı məhsullarının həcmi  10.9 faiz artaraq  4 milyon 787.1 min manata çatmış, tikintidə 2 milyon 414,5 min manatlıq, sənayedə  276,4 min manatlıq,  nəqliyyatda  4,6 min manatlıq, rabitədə 38,3 min manatlıq, ticarətdə isə 87,1 min manatlıq, məhsul buraxılışı olmuşdur. Ümumi daxili məhsul buraxılışının keçən ilin müvafiq dövrünə nisbətən 62.3 faiz artması əsasən tikinti və kənd təsərrüfatı sahəsindəki  artımla bağlıdır.
2013-cü ilin 6 ayında rayon üzrə nikahların sayı 8 azalaraq 253, boşanmaların sayı 1 azalaraq 49, doğulan 27 artaraq 628 nəfər, ölən isə 54 artaraq 199 nəfər, rayonun qeydiyyatına gələn 220 nəfər, qeydiyyatdan  çıxanlar 63 nəfər olmuşdur.  Ümumilikdə 429 nəfər  təbii artım, 157 nəfər isə miqrasiya artımı olmaqla ilin əvvəlinə nisbətən rayon əhalisinin sayı 586 nəfər artmışdır.
Hazırda rayon üzrə 43515 nəfər əmək ehtiyatları, 42572 nəfər əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhali, 943 nəfər məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslər, 36200 nəfər iqtisadi fəal əhali, ondan da 34167 nəfəri  məşğul əhalidir. İqtisadi fəal əhalidən 2033 nəfər və ya 5,8 faiz işsizdir.
İşsiz əhalidən cəmi 1655 nəfər, o cümlədən ilin birinci yarısında 108 nəfər Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi rəsmi qeydiyyata alınmış, cəmi 6 ayda 44 nəfərə rəsmi işsizlik statusu verilmiş, 17-si təkrar olmaqla 61 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Hesabat dövründə Mərkəz xətti ilə  21 nəfər işə düzəlmişdir.
Ümumilikdə isə rayon üzrə 1817 nəfər, o cümlədən  6 ayda 152 daimi iş yeri açılmışdır.
Əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə əmək qabiliyyətli əhalimizin məşğuliyyət sahəsi həyətyanı və pay torpaqları, yaratdıqları sahibkarlıq subyektləri ilə yanaşı qəsəbələrin yaxınlığında fəaliyyət göstərən “Azərsun Holdinq”in Biləsuvar şöbəsinin təsərrüfat və istehsal sahəsidir. Mövsümün qızğın vaxtı olduğundan hazırda qəsəbələrdən burada 2 minə yaxın qəsəbə sakini daimi və mövsümi işlərdə çalışır.
2013-ci ilin 6 ayında  Rayon büdcəsinin gəlir və xərclərin icrası mədaxil üzrə 5 milyon 107.8 min manat proqnoza qarşı 6 milyon 726.6 min manat və ya 131.7 faiz, məxaric üzrə  5 milyon 138.8 min manat proqnoza qarşı 4 milyon 770.6 min manat və ya 92.8 faiz yerinə yetirilmişdir. Mədaxilin 6 milyon 78 min manatı Maliyə Nazirliyindən verilən dotasiya, 648.6 min  manatı isə yerli gəlirlərdən daxil olmuşdur.  6 ayda  yerli gəlirlər 442  min manat proqnoza qarşı 648.6 min manat və ya 154% yerinə yetirilmişdir.
İlin birinci yarısının yekununa görə DSMF Cəbrayıl rayon şöbəsi tərəfindən 3303 nəfərə yaşa, 4780 nəfərə əlilliyə və 311 nəfərə isə ailə başçısını itirməyə görə pensiya verilir. Ümumilikdə cari ilin 6 ayında rayon şöbəsi üzrə qeydiyyatda olan 8394 nəfər pensiya və müavinətçiyə cəmi 7 milyon 168 min manat vəsait vermişdir.
Şöbənin xidmətində olan  pensiyaçılara çatası məbləğin ödənilməsi ümumilikdə 6 ay ərzində hesaba  cəmi  7352,3 min manat vəsait toplanmışdır ki, bunun da 1 milyon 37.3 min manatı Şöbə tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqqı və digər daxilolmalar,  6315.0 min manatı isə  Respublika  DSMF-dan ayrılmış vəsaitdir.
ƏSMM Cəbrayıl rayon şöbəsi xidmətində olan ümumilikdə 3399 nəfərə o, cümlədən  əlilliyə görə 2269 nəfərə, qocalığa görə 8 nəfərə, ailə başçısını itirməyə görə 99 nəfərə, 397 nəfər müharibə veteranına, 247 nəfər  təqaüdçüyə, 218 nəfər uşaq müavinətləri alanlara ümumilikdə 6 ayda 1 milyon 66  min  manat müavinət,  230 ailədə birləşmiş  1384 nəfərə isə 6 ayda cəmi 167.9 min manat ünvanlı sosial yardım vermişdir ki, bu da hər ailəyə orta hesabla 121.69 manat təşkil edir.
Bu müddətdə rayon əhalisinin aztəminatlı təbəqələrinə İcra hakimiyyəti xətti ilə  ümumilikdə 44820,1 manat, o cümlədən  müalicəyə ciddi ehtiyacı olan ağır xəstələrə 10.1 min manat vəsait xərc edilmişdir.
Hesabat dövründə  rayonda ideoloji təbliğat işləri davam etdirilmiş, rayonun mədəniyyət müəssisələri tərəfində əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi xeyli yaxşılaşdırılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfəri, orada keçirilən Beynəlxalq tədbirlərdə iştirakı, Dövlət və hökumət başçıları ilə  işgüzar görüşləri təbliğat qruplarının üzvləri tərəfindən əhali arasında geniş təbliğ edilmiş, Respublikanın regionlarına etdiyi çoxsaylı səfəri zamanı keçirdiyi səmərəli görüşlərdə söhbət açdığı fikirlər və tövsiyələr əsaslı faktlarla onların diqqətinə çatdırılmışdır. Təbliğat xarakterli keçirilmiş 197 tədbirdə ümumilikdə 14259 nəfər rayon sakini iştirak etmişdir.
İcra hakimiyyətinin təsdiq etdiyi tədbirlər planı üzrə  yarım ildə bütün dövlət bayramları, anım mərasimləri və mədəni-kütləvi   tədbirlər  yüksək səviyyədə qeyd edilmişdi.
Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi, “Respublika Günü”, “15 may Beynəlxalq Ailə Günü”, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi, “15 iyun Qurtuluş günü”, “26 iyun Silahli Qüvvələr günü” ilə əlaqədar rayon tədbirləri keçirilmişdir.
Dahi Heydər Əliyev şəxsiyyətinin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsi, müasir Azərbaycan dövlətinin qurulması, xalqımızın müstəqillik arzusuna çatmasında böyük xidmətləri rayon əhalisi arasında geniş təbliğ edilmiş, may ayının 7- də keçirilmiş yubiley tədbirində Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin deputatı Astan Şahverdiyev, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov, Nazirlər Kabineti aparatının  şöbə müdiri Qurban Sadıqov və digər rəsmi şəxslər iştirak etmişdir.
Azərbaycan Respublikası Silahlı qüvvələr günündə rayonun Mədəniyyət və Turizm şöbəsinin konsert briqadası bu münasibətlə hər il ənənəvi olaraq olduqları Murov döyüş bölgəsində yerləşən hərbi hissədə olmuş, 2 gün ərzində geniş konsert proqramı ilə əsgər qarşısında çıxış etmişlər.      
Bu gün Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı ona yönəlmişdir ki, ölkəmizdə təhsil və elm müasir inkişafımızın əsas amilinə çevrilsin, güclü bilik iqtisadiyyatı formalaşsın, milli təhsil sistemimiz Avropa təhsil məkanına inteqrasiya olunsun, dünyada mövcud olan qabaqcıl texnologiyalar Azərbaycana gətirilsin. hHmçinin Azərbaycan özü də belə texnologiyaların yaradıcısı olsun. Dövlət rəhbərliyinin elmin, təhsilin inkişafına böyük önəm verməsinin nəticəsidir ki, hazırda ölkədə bu istiqamətdə 20-dən artıq dövlət proqramı həyata keçirilir.
Cənab Prezidentinin ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq imzaladığı  “2011-2021-ci  illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya “ nın hazırlanması haqqında Sərəncamı məhz bu strateji məqsədin gerçəkləşməsinə yönəlmişdir.
Cəbrayıl  rayon Təhsil Şöbəsi ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, istedadlı uşaqların aşkara çıxarılması sahəsində müəyyən işlər görür.
  Təhsil sistemində ən kütləvi bilik yarışlarından olan fənn olimpiadaları şagirdlərdə təhsilə, biliklərə əzmlə yiyələnməyə marağı artıran, özünə inam hisslərini gücləndirən ən yaxşı vasitələrdəndir. Yaxşı haldır ki rayon Təhsil şöbəsi ötən yarım ildə Fənn olimpiadalarının təşkili  və keçirilməsinə geniş önəm vermişdir. Bu məqsədlə ümumtəhsil məktəblərində 2012-2013-ci  dərs ilində məktəblilərdə fənn olimpiadalarının keçirilməsinə dair bir sıra təşkilati  tədbirlər  həyata  keçirilmişdir. Belə ki, zonalar üzrə məktəb direktorlarının Bakı və Biləsuvarda yığıncağı keçirilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fənn olimpiadalarının keçirilməsinə dair verdiyi tövsiyə və məsələlərlə əlaqədar onlar lazımi səviyyədə təlimatlandırılmışdır.
Zonalar üzrə keçirilən ayr-ayrı Fənn olimpiadalarında rayonun ümumtəhsil məktəblərindən iştirak edən şagirdlərimizdən;
- Azərbaycan  dili  və  ədəbiyyat  fənni  üzrə;  22 saylı ümumi orta  məktəbin IX sinif şagirdi Kərimova Sara Mayıl  qızı, Quycaq kənd tam orta məktəbin X sinif şagirdi Abdullayeva İlahə Eldar qızı,  1 saylı tam orta məktəbin XI sinif şagirdi Qurbanova Gülnar Nazim qızı,
- Azərbaycan  tarixi  fənni  üzrə; 11 saylı tam orta məktəbin IX sinif şagirdi Rüstəmova Solmaz Məhəmməd qızı,  25 saylı tam orta məktəbin X sinif şagirdi Fehruzlu Ceyhun Sirac oğlu, Minbaşılı kənd tam orta  məktəbin XI sinif şagirdi Qarayev Fərahim Məhəmməd oğlu,
- Riyaziyyat  fənni üzrə: 15 saylı tam orta məktəbi XI sinif şagirdi Fərhadov Sahib Fərhad oğlu,
-  Coğrafiya fənni üzrə: 8 saylı tam orta məktəbi X sinif şagirdi Əliyev Atami Vahid oğlu, Daşkəsən kənd tam orta məktəbi XI sinif şagirdi Qəhrəmanlı Qəhrəman Köçəri oğlu,
- Xarici dil fənni üzrə: Çərəkən kənd tam orta məktəbi X sinif şagirdi Cavadov Ləman Cəmil qızı.
2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdləri arasında “ Görkəmli ədəbi şəxsiyyət M.F.Axundzadə Azərbaycan dramaturgiyasının banisi kimi ” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, inşa yazı müsabiqəsində Cəbrayıl rayon 6 saylı tam orta məktəbin XI sinif şagirdi Əliyeva Aysel Əli qızı Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür.  
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar “Nizami hikmətinin işığında” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, inşa yazı müsabiqəsində Cəbrayıl rayon 1 saylı tam orta məktəbin X sinif şagirdi Məmmədova Dilarə İlham qızı Təhsil Nazirliyinin  II dərəcəli diplomuna layiq görülmüşdür.  
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2679 nömrəli Sərəncam və həmin Sərəncamla yubileyin keçirilməsinə dair geniş Tədbirlər Planının icrasını təmin etmək Azərbaycan Respublikasının təhsil naziri 4 fevral  2013-cü il , 177 nömrəli əmrinın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirmək məqsədilə Cəbrayıl rayon Təhsil Şöbəsində bütün məktəb direktorlarının iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş, Tədbirlər Planı işlənib hazırlanıb, təsdiq edilmiş, qrafikə uyğun olaraq nəzərdə tutulan tədbirlər ardıcıl olaraq tərəfimizdən həyata keçirilmişdir.
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-2013-cü tədris ilində buraxılış imtahanlarının yekunlarına görə Cəbrayıl rayonu üzrə IX sinfi 776 nəfər, XI sinfi isə 586 bitirmiş, imtahana buraxılan hər bir şagird şəhadətnamə və attestat almışdır. Aldığımız ilkin məlumatlara görə ümumtəhsil məktəblərimizi bitirən məzunlardan  bu il III qrupa 100 nəfər sənəd vermiş və onlardan 69 nəfər müəyyənləşmiş 250 keçid balını toplayaraq müsabiqəyə buraxılmışdır.
Lakin buraxılış imtahanlarının nəticələri təhlil edilərkən məlum olur ki, rayonun ümumtəhsil məktəblərində IX və XI sinfi bitirənlərdən xeyli şagird  2 qiymət almışdır. Belə ki, rayon Təhsil şöbəsindən verilən məlumata görə IX sinif üzrə məktəbi qurtaran 776 nəfərdən 441 nəfəri (56.8%) müsbət qiymət, 335 nəfəri (43.2%) “2” qiymət almışdır. Həmçinin XI sinif üzrə məktəbi bitirən 586 nəfərdən 415-i (70.8%) müsbət qiymət, 171-i (29.2%) “2” qiymət almışdır.
Həmçini İKT sisteminin inkişafına böyük önəm verildiyi indiki dövrdə rayonun ümumtəhsil məktəblərində kompüterlərin sayının az olması ciddi narahatçılıq doğurur. Hazırda məktəblərimizdə cəmi 181 kompüter vardır ki, bu da hər 46 şagirdə bir kompüter düşür. Rayon Təhsil şöbəsi bu sahəyə ciddi diqqət yetirilməli, gələcəkdə ümumtəhsil məktəblərində kompüterlərin sayının artırılmasına və bununla işləmək bacarığı olan kadrların yetişdirilməsinə diqqəti artırmalıdır.
Hesabat ilinin birinci yarısında fəaliyyət göstərən Səhiyyə müəssisələrimiz tərəfindən rayon əhalisinin məskunlaşdığı xidmət ərazilərimizdə profilaktiki və müalicə tədbirləri davam etdirilmişdir.
Bu müddət ərzində müalicə müəssisələrimiz tərəfindən 21992 nəfər ambulator qəbul edilmiş, çağırışa əsasən 4805 nəfər üçün evlərə həkim göndərilmişdir. Altı ayda ümumilikdə qeydiyyatda olan 1241 xəstəyə 39132 manatlıq o, cümlədən  788 nəfər imtiyazlı xəstələrə xüsusi reseptlər əsasında 33266.4 manatlıq dərman preparatları verilmişdir. Yarım ildə  çarpayı günü 3186 gün təşkil etmişdir ki, bu da çarpayı planının 64.5 faiz yerinə yetirilməsi deməkdir.
   Bu ilin 6 ayında Bakı şəhərinin müxtəlif klinikalarına  müayinə və müalicə üçün 230 xəstə göndərilmişdir.    
Qəsəbə əhalisinə xidmət göstərən 50 çarpayılıq sahə xəstəxanasının zirzəmisinə yığılan qrunt sularının təmizlənməsi məqsədi ilə aidiyyəti üzrə məsələ qaldırılmış və yeni kanalizasiya sistemi çəkilərək problem bu ilin aprel ayında öz həllini tapmışdır. Lakin müalicə müəssisələrimizdə ixtisaslı həkim kadrların çatışmazlığı hələ də qalmaqdadır.

Hörmətli toplantı iştirakçıları

Nazirlər kabinetinin iclasında qeyd edildi ki, artıq ölkə şaxələnmiş iqtisadiyyat həyata keçirilir. Dövlət büdcəsinin neftdən gələn gəlirlər hesabına formalaşması ilbəil azalır. Bu o, deməkdir ki, Ölkə Prezidenti tərəfində çox düzgün iqtisadi siyasət həyata keçirilir. Qeyri neft sektorunun prioritetlərdən biri kimi kənd təsərrüfatında dövlət dəstəyi artmaqdadır. Ölkə əhalisinin yarı hissəsinin yaşadığı kəndə qayğı cənab Prezidentimizin həyata keçirdiyi sosial strategiyanın ən başlıca istiqamətidir.
Ölkə Prezidentinin kənd təsərrüfatı məsullarının istehsalçılarının dövlət dəstəyi barədə sərəncamına əsasən aqrar sahədə məhsul istehsalının stimullaşdırmaq  məqsədi ilə cari ilin məhsulu üçün istehsalçılarımıza ümumilikdə 189 min manatdan çox subsidiya verilmiş və dəyərinin 50 faizi dövlət büdcəsi hesabına ödənilməklə 180 tondan çox mineral gübrə satılmışdır. Məhz bu diqqət nəticəsidir ki, cari ilin 6 ayında kənd təsərrüfatı sahəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıma nail olunmuşdur.
Rayonumuzda da aqrar sektor nəzərəçarpacaq nəticələr əldə edilməkdədir. Belə ki, cari ilin məhsulu üçün 2463 hektar sahədə taxıl, 38 hektarda tərəvəz, 3 hektarda bostan, 70 hektarda şəkər çuğunduru, 50 hektarda dənlik qarğıdalı əkilmişdir. Ötən illə  müqayisədə ümumilikdə əkinlərin sahəsi  169 hektar artmışdır. Taxıl sahələrində biçin müvəffəqiyyətlə başa çatmış sahələrdə 7208 ton məhsul əldə edilmişdir. Hər hektarda məhsuldarlıq 0.5 sentner artaraq 29.3 sentnerə çatmışdır. Ötən illə müqayisədə 316 ton çox taxıl istehsal edilmişdir. Kartof istehsalı da 7 ton artaraq 421 tona çatmışdır. Yonca əkinlərində 3-cü biçim başa çatmış, ilkin nəticələrə görə 4 min tondan çox quru ot yığılmışdır. Hazırda tərəvəz və bostan sahələrində yığım davam edir. ilkin göstəricilər məhsulun ötən illə müqayisədə artacağından xəbər verir. Qeyd edim ki, bu il ilk dəfə olaraq rayon üzrə  çuğundur əkinləri 70 hektara, dənlik qarğıdalı əkinləri 50 hektara, təkrar qarğıdalı əkinləri 90 hektara çatdırılmışdır. Hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən əkinlərə normal suvarma suyu verilir, üç nasos stansiyası müntəzəm olaraq işləyir.  Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı üzrə mövcud nasos stansiyasında əlavə yeni xəttin tikintisi başa çatmaq üzrədir. Yeni xətt payızlıq əkinlərin səpininə kimi istifadəyə verildikdən sonra əkinlərin suvarılmasında əlavə bəzi çətinliklər də aradan qaldırılacaqdır.
Cari ilin 6 ayında  heyvandarlıqda da artıma nail olunmuşdur. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına əsasən əhalinin heyvandarlıq məhsullarına olan tələbatının tam əksəriyyət hissəsinin daxili istehsal hesabına ödənilməsi tapşırığı icrası istiqamətində işlər davam etdirilir. Hazırda rayon üzrə 10026 baş iribuynuzlu, 111190 baş xırdabuynuzlu heyvan, 89000 başdan çox müxtəlif ev quşları vardır. Cari ilin 6 ayında (diri çəkidə) 705 tona, süd istehsalı 3087 tona, yumurta istehsalı 1.64 milyon ədədə çatmışdır. Ötən ilin müvafiq dövrü  ilə müqayisədə ət istehsalı 48 ton, süd 308 ton artmışdır. Qarşıya qoyulmuş əsas məqsəd yeni  innovatiq metodlar tətbiq etməklə məhsuldarlıq göstəricilərin artırmaq hesabına hədəf göstəricilərinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün mal-qaranın cins tərkibini yüksək məhsuldar heyvanlar hesabına artırmaq əsas şərtdir. Artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Belə ki, 2011-ci ilin dekabr ayından başlayaraq 3 nəfər süni mayalanma texnikimiz ümumilikdə 590 başdan çox inək və düyədə süni mayalanma aparılmış nəticədə 194 baş sağlam yüksək məhsuldarlıq göstəricisi olan sağalam buzov alınmışdır. Cari ilin sonunda 600 başda süni mayalanma aparılması proqnozlaşdırılmışdır. Bu isə rayon üzrə inək naxırının 20 faizə yaxınının gələcəkdə cins tərkibinin yaxşılaşdırılmasına imkan yaradacaqdır. Artıq əhalidə bu sahəyə maraq artmaqdadır. Fermerlər nəticədən razılıq edirlər. Bununla bərabər aqrolizinq yolu ilə güzəştli qiymətlə damazlıq heyvanların alınması da davam etdirilməlidir. 2009-cu ildə alınmış 5 ədəd cins düyələrdən alınan balalar hesabına hazırda onların sayı 15-i ötmüşdür. Cari ilin sonunadək lizinq yolu ilə yenə də cins düyələrin alınması gözlənilir.
Əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə məskunlaşmış əhaliyə enerji, su, yol və digər kommunal xidmətlər göstərilməsi davam etdirilmiş, bu sahədə əhalini narahat edən məsələlər operativ həll edilmişdir. Havaların isti keçməsini nəzərə alaraq qəsəbə əhalisinə içməli su verilişinin müddəti artırılmış, həyətyanı və pay torpaqlarının suya tələbatını ödəmək üçün mövcud Nasos stansiyaların fasiləsiz işləməsi təmin edilmişdir. Eyni zamanda Respublikanın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşmış rayon əhalisinin yerdə qarşılaşdığı problemlə bağlı müraciətləri diqqətdən kənarda qalmamış, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılaraq təklifin müsbət həlli təmin edilmişdir. 
Lakin dəfələrlə deyilməsinə baxmayaraq qəsəbə nümayəndələri, sahə rəisləri və İmişli Yüksək Gərginlikli Elektrik Şəbəkənin  qəsəbələrə xidmət göstərən Cəbrayıl (Aranlı) sahəsinin rəhbərliyi və sahə üzrə əməkdaşları  əhali ilə lazımı səviyyədə maarifləndirici iş aparmadıqlarından yenə də bəzi abonentlər normadan artıq enerji məsrəfinə yol verirlər. Bu sahə ciddi nəzarətə götürülməli, lüzumsuz yerə artıq enerji israfçılığına yol verən enerji istifadəçiləri intizama dəvət olunmalıdırlar. Bunun üçün xəbərdarlıqdan lazımı nəticə çıxarmayan enerji istifadəçilərindən normadan artıq istifadə etdiyi enerjinin dəyəri tələb edilməlidir. 
Rayon 54 saylı yol-istismarı idarəsi qəsəbələri birləşdirən asfalt örtüklü yola xidməti daim nəzarətdə saxlamalı, dağılan hissələrində təmir-bərpa işləri aparmalı, yolun həmişə formada qalmasına çalışmalıdır.
Kommunal xidməti həyata keçirən Mənzil İstismar sahəsinin rəhbərliyi  qəsəbələrdə vaxtaşırı təmizlik işlərinin görülməsi, sakinlərin həyətlərindən zibil tullantılarının vaxtlı-vaxtında götürülməsi, qəsəbə daxili yol kənarlarının alaq otlarından təmizlənməsi kimi gündəlik işləri davam etdirməli Eyni zamanda  qəsəbələrdə sakinlərimizi ən çox narahat edən qəzalı vəziyyətdə olan evlərin təmir edilməsi, 2007-ci ildə istifadəyə verilmiş 1858 evdən ibarət 5 qəsəbənin daxili  yollarına qum-çınqıl döşənməsi kimi həlli vacib problemlərin həllini tezləşdirmək üçün aidiyyəti baş idarəsi qarşısında məsələ qaldırmalıdır.
Suvarma Sistemləri idarəsi əhalinin istifadəsində olan bostan-tərəvəz və yem bitkiləri sahələrinin suvarılmasını təmin etməklə bərabər, payızda əkiləcək taxıl sahələrinin suvarılmasında problem yaranmaması üçün indidən hazırlıq tədbirləri görməlidir.
Xidmət idarələrinin rəhbərləri əhalini narahat edən bütün məsələlərə operativ reaksiya verməli, vətəndaşların haqlı tələblərini heç bir bəhanə gətirmədən, vasitə axtarıb müsbət həll etməlidir. Bütün məsələlərdə sosial ədalət prinsipləri gözlənilməlidir.
2013-cü ilin birinci yarısında Rayon İcra hakimiyyəti başçısı aparatına 387 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 53 ədədi Prezident Administrasiyasından, 5-i Milli Məclisdən, 100-ü Nazirlər Kabinetindən, 22-si digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 180 ədədi yuxarı təşkilatlardan, 207 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur.
Daxil olmuş müraciətlərdən 159-u maddi yardım və əhalinin sosial müdafiəsi, 98-i mənzil, 26-sı işlə təmin olunma və əmək məsələləri, 10-u kənd təsərrüfatı, 10-u qəbul, 9-u sahibkarlığın inkişafı, 8-i təhsil, 6-sı qaçqın və məcburi köçkünlərlə bağlı, 4-ü səhiyyə, 4-ü torpaq, 2-si mavi qazla təchizat, 1-i maliyyə kredit, 1-i enerji və istilik təchizatı, 1-i nəqliyyat məsələləri,  48-i isə digər məsələlərlə bağlı olmuşdur.
Rayon İcra hakimiyyəti başçısının fəaliyyətində böyük önəm daşıyan səyyar qəbulların keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Hər ayın sonunda növbəti ay üçün RİH başçısının səyyar qəbullarının qrafiki tutulur və vətəndaşların məlumatlandırılması üçün RİH-nin rəsmi saytında yerləşdirilir. Səyyar qəbullarda ərazi üzrə səlahiyyətli nümayəndələr yaxından iştirak edirlər. Qəbulların qrafiki tutularkən məcburi köçkünlərimizin daha çox məskunlaşdıqları yaşayış məntəqələrinə üstünlük verilmişdir. 2013-cü ilin 6 ayında rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon qərargahında 31, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 4, Sumqayıt şəhərində, Sabirabad və Saatlı rayonlarının hər birində 2, Gəncə şəhərində, Kürdəmir, Şəmkir, Şabran, Qax, Zaqatala, Şirvan və Hacıqabul rayonlarının hər birində 1 dəfə olmaqla ümumilikdə 49 səyyar görüş-qəbul keçirilmişdir. Görüşlərdə 1865 nəfər iştirak etmiş və rayon sakinləri tərəfindən 201 təklif səsləndirilmişdir.
         Səsləndirilmiş 201 təklifdən 104-ü müsbət həll edilmiş, 97-si barədə müvafiq tədbir görülmüşdür.
         Vətəndaşlardan daxil olmuş təkliflərin 1-i qəbul barədə, 10-u gənc ailələrin ailə təsərrüfatından ayrılması, 3-ü ölkədaxili qeydiyyat məsələləri, 3-ü torpaq məsələləri, 10-u təhsil, 1-i səhiyyə, 47-si mənzil, 1-i sosial obyektlərin tikintisi, 2-si sosial obyektlərin təmiri, 1-i sosial obyektlərin təchizatı, 14-ü işlə təmin olunma, 1-i suvarma suyu təchizatı, 4-ü yemək xərci müavinəti, 37-si məcburi köçkünlük statusu, 53-ü maddi yardım göstərilməsi, 2-si yol və nəqliyyat, 3-ü məişət, 1-i Ünvanlı sosial yardım, 7-si isə digər cari məsələlərlə bağlı olmuşdur.
        Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın 2013-cü ilin 6 ayında 13 iclasının keçirilməsi nəzərdə tutulmuş və aktuallığı nəzərə alınaraq 2-si də əlavə edilməklə ümumilikdə 15 məsələ müzakirə edilmişdir.
        Müzakirə edilən məsələlərdən 2-si ilin sosial-iqtisadi inkişafının yekunları, 2-si kənd təsərrüfatı, 1-i nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqları, 1-i Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin təbliği və öyrənilməsi sahəsində görülən işlər, 1-i təhsil, 1-i mədəniyyət, 1-i səhiyyə, 1-i kadr potensialının yaradılması, 1-i Gənclər və İdman idarəsi tərəfindən görülən işlər, 1-i sahibkarlığın inkişafına dəstək verilməsi, 1-i nikah və ailə münasibətləri, 1-i Qarabağ və Çernobul əlillərinə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə göstərilən xidmətin vəziyyəti, 1-i RİHB yanında Şuranın tərkibində dəyişiklik edilməsi barədə olmuşdur.
2013-cü ilin birinci yarım ilində Cəbrayıl Rayon İcra hakimiyyətində keçiriləcək müşavirələrin perspektiv İş planına uyğun olaraq ayda bir dəfə olmaqla 6 müşavirə keçirilmişdir. Müşavirələrdə Rayon İcra hakimiyyətinin aparatına daxil olmuş vətəndaş müraciətlərinə baxılması işinin vəziyyəti, Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində mövcud olan əhalinin müvəqqəti məskunlaşma ünvanları üzrə dislokasiyasının hazırlanması vəziyyəti, qəsəbələrdə məskunlaşmış əhalinin istifadəsində olan pay torpaqlarında yaz əkini kompaniyasına hazırlığın vəziyyəti, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması, abadlıq işlərinin görülməsi istiqamətində həyata keçirilən tədbirlər, əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə sanitar epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində əlaqədar rayon təşkilatları tərəfindən həyata keçirilən tədbirlər barədə məsələlər müzakirə olunmuşdur.

Hörmətli toplantı iştirakçıları!

İcazə verin sizin adınızdan məcburi köçkünlərə göstərdiyi daim diqqət qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildirək və əmin edək ki, onun tapşırıq və tövsiyələri bundan sonra da böyük məsuliyyət hissi ilə yerinə yetiriləcək, Cəbrayıllılar Cənab Prezidentin uğurla apardığı daxili və xarici siyasətə dəstək olacaqdır.
Cəbrayıl rayonu üzrə Maliyyə şöbəsinin rəisi Famil Balayev , Cəbrayıl rayon 54 saylı Yol İstismarı MMC-nin Rəisi Tofiq Səfərov, Rayon Suvarma Sistemləri idarəsinin  rəisi Tehran Məmişov çıxış edərək rəhbərlik etdikləri sahə üzrə görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar. Sonda İcra hakimiyyətinin başçısı iclası yekunlaşdırmışdır.

Keçidlər