8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 2021 | 16:00
Əziz qadınlar!
Sizi 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımızı bildiririk.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir.Tarix boyu qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında fəal iştirak edir, taleyüklü milli məsələlərin həllinə öz töhfələrini verirlər. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu bir daha təsdiq edir. Gənc nəslin çoxəsirlik tarixi-mədəni irsimizə ehtiram, vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsində də Azərbaycan qadınlarının rolu danılmazdır. Fərəhləndirici haldır ki, bu gün respublikamızın ictimai-siyasi həyatında nailiyyətlərin əldə edilməsində rayonumuzun qadınlarının da payı vardır. Qadınlarımız üzərlərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, rayonumuzun sosial-iqtisadi inkişafına, milli mənəvi dəyərlərimizin qorunmasına əvvəzsiz töhfələr vermiş və bu gün də ictimai həyatımızda fəal rol oynayırlar.
Biz bu il qadınlar bayramını Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu bir tarixi şəraitdə qeyd edirik. Böyük Qələbənin əldə olunmasında Azərbaycan qadınının boya-başa çatdırdığı əsgər və zabitlərin Qəhrəmanlığı, şücayəti əbədi yaşayacaqdır.
Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhraman oğullarımızın xatirəsini ehtiramla yad edir, şəhid analarının, şəhid xanımlarının, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının qarşısında baş əyir və ən xoş arzularımızı bildiririk.
İnanırıq ki, bundan sonra da qadınlarımız cəmiyyətimizin həyatında fəal iştirak edəcək, qarşıda bizi gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqil Azərbaycanımıza yeni-yeni töhfələr verəcəkdir.
Bayramınız mübarək!

Cəbrayıl Rayon İcra Hakimiyyəti