Od çərşənbəniz mübarək
Bu gün Novruzun ikinci çərşənbəsi-od çərşənbəsidir. Od çərşənbəsi xalq arasında “Üskü çərşənbə”, “Üskü gecəsi”, “Addı çərşənbə” kimi adlarla da tanınır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Elə bunun nəticəsidir ki, müasir çağda da “Od haqqı”, “İşıq haqqı”, “Ocaq haqqı”, “Günəşə and olsun”, “O getdiyim ocağa kor baxım ki” və s. tipli inanc və andlarımız öz aktuallığını, əhəmiyyətini bu günə kimi də itirməmişdir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Günəş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdən Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günəşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Tonqal sönәndәn sonra qızlar və oğlanlar külü yığıb onu kәndin kәnarına, ya da yola sәpirdilәr. Bu bir növ tonqaldan atılmış adamların azarınn çıxıb getmәsini simvolizә edir. Qәdim dövrdә tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitәsilә qalayardı. Belә od müqәddәs sayılardı. Tariximizdә elә dövrdәr olub ki, odun üzәrindәn atlanmaqla mәhkumlar xilas olublar. Demәli günahsızdır ki, od onu yandırmayıb.
Od çәrşәnbәsinin maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasiminә son qoyulardı. İnsanlara Uraz/Araz (od, atәş) adının verilmәsi, evlәrdә üzәrrik yandırılması, xәbis ruhlardan qorunmaq mәqsәdilә qoyun sürülәrinin yanmaqda olan kolların altından keçirilmәsi, tәndirin müqәddәs sayılması, ondan arzuların gerçәklәşmәsinin istәnilmәsi, yanmaqda olan ocağı söndürmәmәk vә mәzar daşların üzәrindә atәşdanların hәkk edilmәsi vә başqa nümunәlәr dә türklәrin oda olan hörmәt vә ehtiramını göstәrir. Qәdimdә evlәrdә ocağı sönmәyә qoymurdular. Yalnız kimsә ölmüş olarsa odu çıxarıb xüsusi yerdә saxlayır vә qış vaxtı 5 gündәn sonra, yayda isә bir aydan sonra odu evә qaytarardılar.
Od çərşənbəsi mərasimi keçirilən zaman kiçik çilləni, boz ayı qorxutmaq və baharı, yeni ili – Novruzu gətirmək məqsədilə “Duman qaç” ritual oyununu oynayaraq belə oxuyardılar:
Duman qaç, qaç, qaç,
Duvağını aç, aç, aç.
Səni sal qayadan asaram,
Buduna qara damğa basaram.
Sonra isə yeri isindirmək, qızdırmaq üçün günəşi çağıraraq “Gün çıx” ritual oyununu oynayardılar.
Gün çıx, Gün çıx,
Kəhər atı min çıx.
Keçəl qızı evdə qoy,
Saçlı qızı götür çıx.
Od çərşənbəniz mübarək olsun!