Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda vaksinasiya olunmaq istəyənlərə səyyar xidmət göstərilir

01 mart 2021 | 16:00
   Koronavirus (Covid-19) pandemiyasının qarşısının alınması məqsədi ilə Respublikamızın bütün bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir. Artıq əhalinin vaksinasiya olunmasında operativliyin təmin  edilməsi məqsədi ilə əhalimizin sıx məskunlaşdığı Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə və C.Mərcanlı kəndində səyyar məntəqələr yaradılıb. Xəstəxanaya gəlmək imkanı olmayan vətəndaşlara səyyar xidmət göstərilir. 
    Bu günə kimi 11 qəsəbə və Cocuq Mərcanlı kəndi üzrə ümumilikdə 1340 nəfər Covid-19 infeksiyasına qarşı peyvənd olunub ki, onlardan 492 nəfəri 65 yaşdan yuxarı, 692 nəfəri 50-65 yaş arası və 156 nəfəri isə 50 yaşadək olan şəxslərdir. 
    Vaksinasiya ilk mərhələdə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarını, növbəti mərhələdə isə digər qrupları əhatə edəcəkdir.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Covid-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.  
 
 
 
Keçidlər