Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun Milli Qurtuluş günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

15 iyul 2013 | 15:00

14 iyun 2013-cü il tarixdə Biləsuvar rayonu ərazisində salınmış, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkıda “15 iyun Milli Qurtuluş günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
200 nəfərdən çox rayon sakininin iştirakı ilə keçirilən tədbir Ulu Öndərin parkda ucaldılmış heykəlinin önünə gül-çiçək dəstələri qoyulması ilə başlamış, sonra isə parkda açıq havada davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev açmış və “Qurtuluş Günü”nün yaranma tarixi  barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Sonra isə Rayon İcra hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mayil Əliyev “Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir” mövzusunda  məruzə etmişdir. Məruzə ətrafında tədbir iştirakçılarından Şahin Şirinov, Tapdıq Nəsirov, Hüseyn Əhmədov, Kamran Quliyev, Emil Məstəliyev və başqaları çıxış edərək həmin illərdə Heydər Əliyevin xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib yenidən hakimiyyətə gələrək apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizi xaosdan, qardaş qırğınından  xilas etdiyini, Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında və Respublikamızın bugünkü səviyyəyə gəlib çatmasında Ulu Öndərin böyük və danılmaz əməyi olduğunu qeyd etdilər.
Sonda İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev tədbiri yekunlaşdırmışdır.

 

Keçidlər