Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib

08 fevral 2021 | 16:00

Səhiyyə sisteminin inkişafı dövlətin strateji vəzifəsidir
Azərbaycan vətəndaşının sağlamlığı dövlətin diqqət mərkəzindədir.
Dövlətimizn başçısı cənab İlham Əliyev Abşeron rayonunda inşa edilmiş Mərkəzi xəstəxananın açılışında iştirakı zamanı ictimaiyyət qarşısında çıxış etmiş və Azərbaycan televiziyasına müsahibə vermişdir.
Ölkə başçısı 17 illik fəaliyyəti dövründə əhalinin sağlamlığının qorunması və səhiyyəmizin müasir standartlara cavab verəcək səviyyədə təkmilləşdirilməsini proitet məsələ kimi qarşıya qoyulduğunu və bu sahədə mühüm nailiyyətlərin qazanıldığını xüsusi olaraq   qeyd etdi. 17 il əvvəl bu sahədə hədəfə alınan vəzifələrin uğurla reallaşmasının nəticəsidir ki, çox da böyük olmayan zaman kəsiyində ölkəmizdə 750-dən artıq xəstəxana tikilib, yaxud əsaslı təmir edilib.   Respublika Prezidentinin Sərəncamına uyğun olaraq tikilmiş və müasir avadanlıqlarla təchiz olunmuş, 150 çarpayılıq Abşeron Rayon Mərkəzi Xəstəxanası da bu sahədə görülən işlərin real təzahürlərindən biridir.
Müasir memarlıq inciləri baxımından da nəfis inşa edilmiş Tibb Müəssisəsinin açılışı ölkə başçısının gələcəyi düzgün proqnozlaşdırmasının, gəlirlərin insan kapitalına çevirilməsinin səmərəli şəkildə icrasının bariz nümunəsidir.
Prezident  vurğuladı ki,  hər il  5 milyon insan – ölkə əhalisinin tam yarısı dövlət hesabına tibbi müainədən keçir ki, bu da Azərbaycanın bu layihənin təşəbbüskarı və reallığa çevirən nadir ölkə kimi səciyyələndirir.
Səhiyyə sisteminə aid olunan müəssisələrdə yaradılan fondların sayəsində Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr verir. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.
Xəstəxana fondu istənilən xoşagəlməz halların, o cümlədən pandemiya ilə mübarizədə Azərbaycanda ilk günlərdən qabaqlayıcı tədbirlər görülməsi üçün mühüm rol oynadı. Əvvəllər  bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda isə laboratoriyalarımızın sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı və qısa müddət ərzində onların  sayı 13-ə  çatdırıldı, virusa qarşı mübarizədə insanların arasında məmnunluğun yaradılması üçün lazımi addımlar atıldı.
     Pandemiya ilə mübarizənin ilk günlərindən Azərbaycan Beynəlxalq Təşkilatlar və Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşlarımızın 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir;
   Aparılan Dövlət siyasəti və artan vətəndaş məsuliyyəti sayəsində bu gün ölkədə yoluxma-sağalma  tendensiyası ilə bağlı vəziyyət nəzarət olunan həddədir. Ölkə başçısı bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdiyini, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verdiyini və ,,Məsuliyyətli Ölkə” imicini qazandığını, həmçinin Azərbaycanın Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olduğunu, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etdiyini nəzərlərə çatdırdı.
Vaksinasiya haqqında geniş məlumat verən ölkə rəhbəri bu yönümdə ədalət prinsipinə riayət olunmasının vacibliyini qeyd etdi. Əks halda, yəni vaksinlərin qeyri-ədalətli bölünməsi halında ciddi problemləin yaranması qaçılmaz olacaqdır. Odur ki, ziddiyətlər tezliklə öz həllini tapmalı və COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır.
       Ölkəmiz Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Azərbaycan COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Artıq 4 milyon doz vaksinin ölkəmizə gətirilməsini təmin edilib və yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır.
     Vətən müharibəsi zamanı qatı ermənipərəst mövqe sərgiləyən Kanada 154 milyon vaksin sifariş verir. Kanadanın əhalisinin 38 milyon olduğu halda  4 dəfə artıq vaksin sifariş verməsi digər ölkələrdə 120 milyon insana vaksinlərin çatmaması deməkdir.
Onlar xəstələnib, öləcəklərsə hansı demokratiyadan, hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Belə olan halda bu ölkələrin kimisə nədəsə ittiham etməyə mənəvi haqqı ola bilməz.
Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat, Qoşulmama Hərəkatının lideri kimi, öz sözünü deyəcək.
İşğaldan azad olunmuş bölgələrimiz haqqında söhbət açan Prezident bildirdi ki,  rayonlar dağıdılmış, viran qoyulmuşdur.  1992-1993-cü illərdən başlayaraq həmin ərazilərdə infrastruktur məhv edilib, bir dənə də salamat bina, tarixi və dini abidə  yoxdur.
Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət etməliyik ki, hər kəs görsün ki, biz erməni faşizmini məhv etmişik.
Xocalı soyqırımı, günahsız insanların öldürülməsi, dinc əhaliyə qarşı qəddarlıq bu faşizmin təzahürüdür. İndi Azərbaycan o vandalların belini qırıb,  onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib. Vaxt gələcək, erməni xalqı da bizə minnəttar olacaqdır ki, onları da bu bəladan xilas etmişik.
   Ölkə başçısı azad edilmiş torpaqlaın bərpası ilə bağlı qərargah yaradıdığını və bütün təşəbbüslərin oraya göndərilməsinin vacibliyini bir daha vurğuladı.
Bütün işlər ardıcıllıqla görülməlidir. İlk və böyük proses minalardan təmizləmə prosesdir. Ermənilərin mina sahələrinin xəritələrini verməməsini nəzərə alsaq, bu proses çox vaxt aparacaqdır. Ondan sonra ziyanın qiymətləndirməsini etməliyik ki, sabah təzminat davasında da uğur qazana bilək.
  Bərpa işinə cəlb edilmiş beynəlxalq şirkətlər də tədqiqat aparacaq, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər.
Artıq qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox - “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb etsə də hər şey planlı şəkildə olmalıdır;
Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa bərpa olunduqdan sonra orada çox zəngin mədəni həyat olmalıdır.
Dövlətimizin başçısı bir çox qurumların rəhbərlərinin Şuşada Regional Mərkəzlərin yaradılması üçün ona müraciət etdikləri barədə məlumat verdi. Cənab Prezident bildirdi ki, Şuşa məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edilib. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. İcazə olmadan bir dənə daş daş üstə qoyula bilməz. Çünki birinci təhlil aparılmalı, ondan sonra o tarixi binalar bərpa edilməlidir. Amma necə olacaq, onu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır.
Müvəqqəti idarəetmə strukturu yaradılıb. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Buna nail olacağıq. İstəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.

Bəxtiyar Əsədov
Karxulu kənd İƏD üzrə nümayəndəliyin müavini
 

Keçidlər