CƏBRAYIL RAYON SAKİNLƏRİNİN NƏZƏRİNƏ
06 fevral 2021 | 16:00
Koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 19 yanvar 2021-ci il tarixdən əhalinin vaksinləşmə prosesi həyata keçirilir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD 19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasına uyğun olaraq səhiyyə işçilərinin vaksinasiyası prosesi artıq başa çatmışdır.
Fevral ayının 8-dən etibarən isə yaşı 65-dən yuxarı və risk qrupuna daxil olan şəxslərin vaksinasiyasına başlacaqdır. Vaksinasiya üçün göstərilən yaş qrupundan olan, Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə məskunlaşmış şəxslər 1 saylı sahə xəstəxanasına, Respublikanın digər şəhər və rayonlarında yaşayan sakinlərimiz isə məskunlaşdıqları ərazidə fəaliyyət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.