Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının konfransı keçirilmişdir

23 may 2013 | 15:00

YAP Cəbrayıl rayon təşkilatının 22 may 2013-cü ildə Biləsuvar rayonu 4 saylı qəsəbədə 8-ci konfransı oldu.
Konfransdan əvvəl qəsəbədəki Heydər parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edildi və abidə önünə gül-çiçək dəstələri qoyuldu.
Konfransı YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev açıq elan etdi, Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Konfransın işində Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev, Milli Məclisin Deputatı Astan Şahverdiyev, YAP mərkəzi aparatının məsul işçisi Ramil Mirzəyev iştirak edirdilər.
Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev məruzə ilə çıxış etdi. Natiq məruzəsində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin son on ildə ölkəyə uğurla rəhbərlik etməsindən, respublikadakı dinamik iqtsadi inkişafdan, ölkənin artan beynəlxalq imicindən və respublikadakı ictimai-siyasi sabitlikdən bəhs etdi. A. Fərzəliyev sonra 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkilərindən danışaraq partiyamızın və xalqımızın növbəti seçkidə vahid namizədinin cənab İlham Əliyev olduğunu qeyd etdi.
Məruzə ətrafında çıxışlarda əməkdar müəllim, YAP rayon təşkilatının şura üzvü Rəhim Rəhimov,  mədəniyyət işçiləri ilk partiya təşkilatından Telli Quliyeva, gənc YAP üzvü Vasif Səfərov və Milli Məclisin Deputatı Astan Şahverdiyev çıxış etdilər.
YAP üzvülüyünə qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olundu.
Yeni Azərbaycan Partiyasının beşinci qurultayına 4 nəfərdən ibarət nümayəndələr seçildi.
Konfransın yekununda Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev çıxış etdi.

Keçidlər