Yaşasaydı 22 yaşı olardı
Respublikamızın ərazi bütövlüyü uğrunda gedən İkinci Qarabağ savaşında canından keçən qəhrəman Əsədov Səbuhi Azər oğlunun yanvar ayının 19-da doğum günüdür. Əslən Cəbrayıl rayonunun Hasanlı kəndindən olan Səbuhi 19 yanvar 1999-cu ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olub. 2005-2016-cı illərdə Suraxanı rayonunun 85 nömrəli tam orta məktəbində təhsil almışdır. 14 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Mingəçevirdə keçirən Səbuhi Əsədov 27 sentyabr 2020-ci ildə vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 10 oktyabr 2020-ci ildə Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olub. Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Əsədov Səbuhi Azər oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik.