Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon qadınlarının Konfransının keçirilmişdir

26 aprel 2013 | 15:00

25 aprel 2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu Məzahir Rüstəmov küçəsi -3, 25 nömrəli şəhər məktəbinin nəzdində fəaliyyət göstərən 28 nömrəli Zəngilan rayon tam orta məktəbinin akt zalında Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsi ilə bağlı Cəbrayıl rayon qadınlarının Konfransının keçirilmişdir. Konfransı giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev açmışdır.
“Dövlət Qadın Siyasətinin həyata keçirilməsi ilə bağlı Cəbrayıl  rayonunda görülmüş işlər barədə” Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Ağakişiyev məruzə ilə çıxış etmiş, məruzə ətrafında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komissiyasının sədrinin müavini Aynur Sofiyeva, Rayon Təhsil şöbəsinin müdiri, YAP Cəbrayıl rayon təşkilatı Qadınlar şurasının sədri Validə Həsənova, RİHB-nın Soltanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Vera Abışova, RİHB-nın Maşanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Məlahət Əzizova,  Əmək veteranı, Prezident təqaüdçüsü Kamılxan Rüstəmova və  şəhid ailəsi Məlahət Məhərrəmova çıxış etmişdir.
Konfransda Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələrin seçilməsi haqqında təşkilati məsələ müzakirə edilmişdir. 13 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndə seçilmişdir.
Sonra Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbin direktoru Minə Fətəliyeva Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsi ilə bağlı Cəbrayıl rayon qadınlarının Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına müraciətini oxumuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komissiyasının sədrinin müavini Aynur Sofiyeva Konfransı yekunlaşdırmışdır.

Keçidlər