Ulu Öndərin 90 illik ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir
07 may 2013-cü il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisindəki Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ümumrayon tədbirinin keçirildi.
Yubiley tədbirində Azərbaycan Respublikası Baş Nazirinin Müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Milli Məclisin rayondan olan deputatı Astan Şahverdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə İş Şöbəsinə məsul işçisi Rövşən Ağayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Nazirlər Kabineti Aparatının Qaçqınların, Məcburi Köçkünlərin Problemləri, Miqrasiya və Beynəlxalq Təşkilatlarla İş şöbəsinin müdiri Qurban Sadıqov, , Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, rayon ictimaiyyətin müxtəlif təbəqədən olan nümayəndələri, həmçinin televiziya və mətbuat orqanlarının əməkdaşları iştirak edirdilər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış heykəli önünə gül-çiçək dəstələri qoyularaq, ruhu ehtiramla yad edildi.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev açaraq Ümummilli Lider Heydər Əliyev haqqında geniş şəkildə məruzə ilə çıxış etdi. Məruzə ətrafında rayon ağsaqqalı Mustafa Məhərrəmov, rayon ağbirçəyi Səkinə Quliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan, bu diqqət və qayğının ölkə Prezidenti, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən layiqli şəkildə davam etdirildiyini bildirdilər.
Sonra çıxış üçün söz Azərbaycan Respublikası Baş Nazirinin Müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənova verildi. Baş Nazirin Müavini çıxışında Ümummilli Liderin aparmış olduğu daxili və xarici siyasətdən, qaçqın və məcburi köçkünlər üçün gördüyü məqsədyönlü işlərdən danışaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyası məhz onun arzuladığı kimi, uğurla davam etdirilməkdədir. İndi bu böyük siyasəti xüsusi əzmkarlıq və iradə ilə yeni düşüncəli, müasir tipli bir rəhbər davam etdirir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadi-sosial strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək onun ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşdırılmaqdadır.
Biz tam əminliklə deyə bilərik ki, Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf kursunu möhtərəm Prezident İlham Əliyev inamla davam etdirərək ölkəni irəliyə, intibaha doğru aparır və bundan sonrada daha əzmli və iradəli bir şəkildə aparacaqdır.
Yubiley tədbiri Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə sona çatdı.