Cəbrayıl rayonunun daha 2 yaşayış məntəqəsi işğaldan azad olundu
07 noyabr 2020 | 16:00
07 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Yuxarı Məzrə və Yanarxac kəndləri işğaldan azad olunmuşdur.
Şanlı ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir.