Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon icra hakimiyyətində Şura iclası keçirilmişdir

25 aprel 2013 | 15:00

Şura iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş iclasının yekunları və bununla bağlı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev hesabat məruzəsi ilə çıxış etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev Cənab Prezidentin qeyd etdiyi kimi  keçən ildə əldə edilən uğurların bu ilin inkişafına möhkəm zəmin yaradıb və ölkədə iqtisadi islahatların uğurla aparılır. Əldə olunan uğurlarda respublikamızın ayrı–ayrı bölgələrində məcburi köçgünlük həyatı yaşayan Cəbrayıl rayonunun əhalisinin də payı vardır. Həmişə olduğu kimi bu ilin I rübündə də respublikanın 55 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 67170 nəfər rayon əhalisinin gündəlik qayğı və problemləri daim diqqətdə saxlanmış, sıx məskunlaşma yerlərində rayon əhalisi ilə vaxtaşırı səyyar görüşlər keçirilmiş, onların qaldırdığı məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.

           Bu ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi keçən ilin eyni dövrünə nisbətən 11.8 faiz artaraq 2626.3 min manata, o cümlədən kənd təsərrüfatı məhsullarının həcmi 5.5 faiz artaraq 2275 min manata çatmışdır. Sənayedə 138.8 min manatlıq, nəqliyyatda 1.8 min manatlıq, rabitədə 18.4 min manatlıq, ticarətdə 20.6 min manatlıq, tikintidə isə 171,7 min manatlıq məhsul buraxılışı olmuşdur.
Həmçinin hazırda Şəhidlər abidə kompleksinin ətrafının abadlaşdırılması və ətrafında əkilmiş yaşıl ağac və gül kollarına aqrotexniki qullııq göstərilir.
Rayon üzrə 1758 nəfər, o cümlədən 3 ayda 93 daimi iş yeri açılmışdır.
Əhalimizin sıx yaşadığı və birbaşa rayonun xidmət ərazisi olan qəsəbələrdə əmək qabiliyyətli əhalimizin məşğuliyyət yeri, qəsəbə ətrafında onlar üçün ayrılmış pay torpağı, həyətyani sahəsi, yaratdığı fərdi xidmət obyekti və ən əsası isə qəsəbələrin yaxınlığında fəaliyyət göstərən “Azərsun Holdinq”in Biləsuvar şöbəsidir. Holdinqin ərazidəki şöbəsində mövsümün qızğın vaxtlarında 2 minə yaxın qəsəbə sakini daimi və mövsümi işlərdə çalışır. Lakin burada mövsümü kənd təsərrüfatı işləri hələ geniş vüsət almadığından qəsəbədə məskunlaşmış əhalinin məşğulluğunda problem özünü göstərməkdədır.
         Bu müddətdə rayon əhalisinin aztəminatlı təbəqələrinə icra hakimiyyəti xətti ilə ümumilikdə 24740 manat, o cümlədən müalicəyə ciddi ehtiyacı olan ağır xəstələrə 10.1 min manat vəsait xərc edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlıyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri, müdrik siyasəti, dönməz əqidəsi və tarixı uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsi, müasir Azərbaycan dövlətinin qurulması, xalqımızın müstəqillik arzusuna çatmasında böyük xidmətləri rayon əhalisi arasında geniş təbliğ edilmiş, kompakt yaşayış məntəqələrində tədbirlər keçirilmışdır. Bu ilin may ayında isə ulu öndərın 90 illik yubileyi böyük təntənə ilə qeyd ediləcəkdir.
Rayon təhsil şöbəsinin tədbırlər planına əsasən yanvar ayının onundan fevral ayının sonuna kimi “Cəbrayıl Doğma Yurdum” devizi altında “Cəbrayıl aylığı” keçirilmişdır.
Cari ilin 3 ayında rayon səhiyyə müəssisələri tərəfindən profilaktiki və müalicə tədbirləri davam etdirilmişdir. Bu dövrdə müalicə müəssisələrimiz tərəfindən 12500 nəfər ambulator qəbul edilmiş, çağırışa əsasən 255 dəfə evlərə həkim göndərilmişdir. Bu ilin 3 ayında Bakı şəhərinin müxtəlif klinikalarına müayinə və müalicə üçün 116 xəstə göndərilmişdir. Qəsəbə əhalismə xidmət göstərən 50 çarpayılıq sahə xəstəxanasının zirzəmisinə yığılan qrunt sularının təmizlənməsi məqsədi ilə aidiyyəti üzrə məsələ qaldırılmış və yeni kanalizasiya sistemi çəkilərək problem bu ilin aprel ayında öz həllini tapmışdır.
           İcra başçısı öz məruzəsində göstərdi ki, qeyri–neft sektorunun prioritet sahəsi kimi kənd təsərrüfatının inkişafı bizim üçün çox önəmlidir. Ölkə Prezidentinin tapşırıqlarının icrası istiqamətində bu sahədə rayonumuzda ardıcıl və məqsədyönlü işlər davam etdirilır. Ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına uyun olaraq rayon icra hakimiyyətinin tədbirlər planı üzrə 2008–2015–ci illər üçün perspektiv işlərin görülməsi həyata keçirilir. Artıq bir sıra məhsulların istehsalı üzrə proqnozlar müvəffəqiyyətlə icra olunmuşdur. Cari ilin birinci rübünün yekunlarının təhlili göstərir ki, kənd təsərrüfatı məhsullarının istehsalında artımı dinamikası vardır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə inbuynüzluların sayı 334 baş, xırda buynuzluların sayı 3017 baş artmışdır. Hazırda əhalimizin şəxsi təsərrüfatlarında 10 min baş iribuynuzlu, 110 min başdan çox davar vardır. Ət istehsalı 6.8 faiz, süd istehsalı, 3.4 faiz, yumurta istehsalı 2.7 faiz artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 11.8 tondan çox ət, 47.5 tondan çox süd, 210 min ədəddən çox yumurta istehsal edilmişdir.
Hazırda cari ilin məhsulu üçün 2463 hektar sahədə payızlıq taxıl yetişdirilir. Artıq sahələrdə ikinci vegetasiya suvarması başa çatmaq üzrədir. Sahələrə 200 tondan çox azotlu mineral gübrə verilmiş, lazımi yerlərdə alaq otlarına qarşı herbisidlərlə çiləmə aparılmışdır. Mütəxəssislər tərəfindən sahələrə baxışın nəticəsi onu göstərir ki, mövcud əkinlərdən bu il də bol məhsul götürməyə nail olunacaqdır. Hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən 3 nasos stansiyası vasitəsi ilə əkinlərə normal suvarma suyu verilir. Yem bitkiləri əkinlərində də suvarma davam etdirilir. 800 hektara yaxın yonca sahələrində birinci çalıma hazırlıq aparılır. Yetişdirilmiş məhsulun qısa müddətdə itkisiz toplanması məqsədi ilə rayon “Aqroservis” xidmətinin taxılbiçən kombaynları saz vəziyyətə gətirilmişdir.
Əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə məskunlaşmış əhaliyə enerji, su, yol və digər kommunal xidmətlər göstərilməsi davam etdırilmiş, bu sahədə əhalini narahat edən məsələlərin həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Ən əsası qış dövründə qəsəbələr fasiləsiz enerji ilə təmin edilmişdır.
Rayon icra hakimiyyəti başçısının fəaliyyətində böyük önəm daşıyan səyyar qəbulların keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Hər ayın sonunda növbəti ay üçün RİH başçısının səyyar qəbullarının qrafiki tutulur və vətəndaşların məlumatlandırılması üçün RİH–nin rəsmi saytında yerləşdirilir. Səyyar qəbullarda ərazi üzrə səlahiyyətli nümayəndələr yaxından iştirak edirlər. Qəbulların qrafiki tutularkən məcburi köçkünlərimizin daha çox məskunlaşdıqları yaşayış məntəqələrinə üstünlük verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı öz çıxışının sonunda qeyd etdi ki, ilk aylarda əldə olunan uğurlar ılin bütövlükdə müvəffəqiyyətlə başa çatacağına zəmanət verir. Cəbrayıllılar ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti ürəkdən dəstəkləyir, dövlət başçımızın ətrafında sıx birləşirlər. Onlar sabahkı günə inamla baxırlar. Daxili inam hissi sübut edir ki, doğma torpaqların işğaldan azad olunacağı gün uzaqda deyildir.
Cəbrayıl Rayon Vergilər şöbəsinin rəisi Əfrail Əhmədov, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov, Cəbrayıl Telekommunikasiya Qovşağının  rəisi Ramil Təhməzov  çıxış edərək rəhbərlik etdikləri sahə üzrə görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar.
Sonda İcra hakimiyyətinin başçısı iclası yekunlaşdırmışdır.

Keçidlər