Cəbrayıl rayonunun daha 5 yaşayış məntəqəsi işğaldan azad olundu
28 oktyabr 2020 | 16:00
28 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular və Qaraağac kəndləri işğaldan azad olunmuşdur.
Şanlı ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir.