Cəbrayıl rayonunun daha bir neçə yaşayış məntəqəsi işğaldan azad olundu
23 oktyabr 2020 | 16:00
23 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Minbaşılı, Veysəlli, Dağ Tumas, Xələfli və Nüsüs kəndləri işğaldan azad olunmuşdur.
Şanlı ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir.