Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli alimin 90 illk yubileyi qeyd olundu

24 aprel 2013 | 15:00

23 aprel 2013-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Mərkəzi Rayon Xəstəxanasının təşkilatçığı ilə Biləsuvar rayonu  3 saylı qəsəbə yerləşən 50 çarpayılıq sahə xəstəxanasında Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar yığıncaq keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov açaraq “Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı” mövzusunda məruzəçi ilə çıxış etdi.  Məruzə ətrafında çıxış edən həkimlər Arif Hüseynov, Gigiyenaya və  Epidemiologiya Mərkəzinin direktoru Əli Əhmədov, tibb işçiləri Ərkinaz Şirinova, Kəmalə Məmmədova və başqaları Zərifə xanım Əliyevanın səhiyyə sahəsində misilsiz nəaliyyətlərini xatırlamaqla yanaşı onun Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevə sədaqətli həyat yoldaşı, qayğıkeş ana, nümunəvi vətəndaş olduğunu xüsusi minnətdarlıqla qeyd etdilər.
Sonra Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev cənabları Ulu Öndər Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə xanım Əliyevanın Azərbaycana verdiyi töhfələrdən, bu dahi insanların bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində xalqa əbədi miras qoyub getdikləri gözəl ənənələrdən danışdı. İcra başçısı əldə olunan ənənələrin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini bildirdi. Bu gün ölkə dinamik inkişaf yolundadır. Heydər Əliyev və Zərifə xanım Əliyevanın qurduğu gözəl ailədə böyüyüb tərbiyə almış Dövlət Başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan Respublikası dünya dövlətləri arasında özünə layiqli yer tutur. Ölkədə səhiyyə ocaqlarının sayı sürətlə artır, xidmətin səviyyəsi yüksəlir. Xəstəxana və poliklinikalar yenidən qurulur, səhiyyə obyektləri dünya standartlarına uyğunlaşdırılır. Məcburi köçkünlük həyatı yaşayan cəbrayıllılar bu inkişafı öz həyatlarında daha aydın hiss edirlər. Biləsuvar rayonu ərazisində Cəbrayıl əhalisi üçün salınan qəsəbələrdə inşa edilmiş xəstəxana və tibb ocaqları deyilənlərə gözəl nümunədir. Burada indi 77 nəfər həkim və tibb işçisi çalışır. Onlara nümunəvi xidmət üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar böyük alim Zərifə xanım Əliyevanın nurlu xatirəsinə ən gözəl hədiyyədir. Rayon rəhbəri xalqımıza İlham Əliyev kimi qeyrətli oğul böyüdüb tərbiyə etmiş Zərifə xanım Əliyevanın əziz xatirəsini bundan sonra da uca tutacağını bildirdi.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.

Keçidlər