Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentimiz ən böyük azərbaycanlıdır

06 oktyabr 2020 | 16:00

Bu gün prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti təhlil edərək gəldiyimiz bu qənaətə inanaraq deyirik ki, Cənab Prezidentimiz ən böyük azərbaycanlıdır. Bu titul hər insana verilmir. Ölkə başçısı "Əl-Cəzirə" televiziyasına müsahibəsində çox böyük məsələlərə aydınlıq gətirdi, strategiyamızı müəyyənləşdirdi.
    Azərbaycan danışıqlardan qaçmır, əksinə dəfələrlə danışıqlar yolu ilə konfliktin həll edilməsinə hazır olduğunu bəyan edib: "Qarabağ məsələsinin də danışıqlar müstəvisindən keçirilməsinin əleyhinə deyilik. Ancaq bir şərtlə ki, təcavüzkar erməni qoşunları Qarabağı tərk etsinlər, Azərbaycanın sərhədləri bərpa olunsun, bundan sonra məsələni danışıqlar müstəvisində keçirək. Ölkə başçısı yol da göstərdi ki, burada hətta erməni qoşunlarının Azərbaycan ərazisindən çıxmaq prosesini mərhələli şəkildə həyata keçirmək olar. Yalnız bundan sonra danışıqlar masasına keçmək olar”.
   Bəlkə bu zaman elə məsələlər gündəmə gələcək ki, doğrudan da o məsələlərin həlli Ermənistanı blokadadan çıxaracaq. Bizim bütün energetika ilə bağlı uğurlarımıza şərik olacaq, o da Qafqazdakı layihələrin iştirakçısı olacaq, monomillətçilikdən çıxıb, digər xalqlarla qarışacaq, problemlərin həllində iştirak edəcək".
   “Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. - bunu Azərbaycanın Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib. Cənab Prezident öz nitqində həmçinin onu da vurğulanıb ki, Ermənistan dövləti “Desin ki, Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Və sonuncu şərt – qrafik versin. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli versin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.
   Öz problemləri ilə dünya dövlətlərini Qafqaza cəlb etmək istəyən Ermənistanı dəstəkləyən Fransa Prezidenti Emmanuel Makronun bəyanatları işğalçı dövləti dəstəkləməkdən başqa bir şey deyil. Öz ölkəsində siyasi resurslarını axıra qədər xərcləmiş biri başa düşmür ki, Ermənistanı dəstəkləməklə, Türkiyə və Rusiya arasında münasibətləri kəskinləşdirməyə çalışmaqla, Livandakı işğalçı generalı dəstəkləməklə xalqına başucalığı gətirmir. Bir şeyi dərk etmək lazımdır ki, Fransa xalqı Makrondan ibarət deyil.
   Fransızlar çox inkişaf etmiş xalqdır. Nə edəsən ki, bu gün Makron heç də öz xalqının iradəsini ifadə etmir. Təsəvvür edin, çox da böyük olmayan Azərbaycana fövqəl qüvvəyə malik olan dünya dövlətləri təsir etmək istəyir, atəşkəsin dayandırılması xahişi və ya tələbi ilə çıxış edirlər. Bu təzyiqə dözmək nə qədər çətindir? Ancaq Cənab Prezident xalqın iradəsinə, maraqlarına uyğun siyasət formalaşdırıb və deyir ki, yalnız Ermənistan qoşunları Azərbaycan ərazisini tərk etdiyi halda danışıqlar masasına keçəcək.
   Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qərarının icrası tələbini irəli sürür. Bu Azərbaycan xalqının iradəsinə uyğun mövqedir və bu yanaşma bu gün cəbhədə dəstəklənir.Xalqın gənclərinin könüllü döyüşə getməsi, vətənin müdafiəsinə qalxması ilə bu özünün təsdiqini tapır.

 

Keçidlər