Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir.
26 fevral 2013-cü il tarixdə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər Abidə Kompleksi” ziyarət edilmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının və Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsi yad edilmişdir. Sonra tədbir 7 saylı qəsəbə klubunda davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev açaraq erməni hərbi birləşmələrinin rus ordusunun dəstəyi ilə törətdiyi Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, faciənin ildönümü ilə bağlı xalqımıza baş sağlığı verərək xalqımızın azadlığı uğrunda şəhid olanların xatirəsinin daim qəlblərdə yaşayacağına əmin olduğunu bildirmişdir. Natiq çıxışına davam edərək Ölkə Prezident cənab İlham Əliyevin apardığı siyasətin öz bəhrəsini verəcəyini və erməni işğalı altında olan bütün torpaqlarımızın tezliklə azad olunacağını qeyd etmişdir.
Sonra Cəbrayıl Rayon İcra Hakimiyyıti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Ağakişiyev “Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında Rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev, Cəbrayıl rayon R.Xudiyev adına Minabaşılı kənd tam orta məktəbin direktoru İsmayıl Quliyev, Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin müəllimi Hidayət Səfərli, Cəbrayıl rayon 9 saylı tam orta məktəbin müəllimi İsmət Həziyev çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən danışdılar.