Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in Minsk qrupu susqunluğuna son verməlidir

22 sentyabr 2020 | 16:00

Azərbaycan hökuməti dəfələrlə işğalçı Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında, müvafiq beynəlxalq təşkilatlar qarşısında qaldırıb.

Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu isə bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyasını görməzdən gəlir. Beynəlxalq aləm tərəfindən təcavüzkar və işğalçı ölkə kimi tanınan Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməklə, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması cəhdi dünya ictimaiyyətinin gözü önündə baş verdiyi halda ATƏT-in Minsk Qrupunun işğalçı ölkənin qanunsuz əməlləri ilə bağlı qəti qərara gələ bilməməsi bu qurumun lazımsız olduğunu nümayiş etdirir.

İyulun 12-də işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdindən keçən 3 ay ərzində susan ATƏT-in Minsk Qrupunun birdən-birə Azərbaycan-Ermənistan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayırması, regiondakı vəziyyəti müzakirə etməsi təəccüb doğurur. Halbuki ATƏT-in Minsk Qrupu hadisələrə elə həmin an reaksiya verməli, beynəlxalq hüquq normalarını pozan Ermənistanın işğalçılıq siyasəti qəti şəkildə pislənməli idi.

İllərdir ATƏT-in Minsk Qrupu Ermənistanın bütün beynəlxalq norma və konvensiyalara zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma aparmasına reaksiya vermir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını yerinə yetirmək əvəzinə susqun müşahidəçiyə çevrilib.

ATƏT-in Minsk Qrupu ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar əvəzinə avantürist Ermənistan hökumətinin işğalçılıq siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə seyrici mövqeyi nümayiş etdirir: “Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu bir institut kimi kimə və nəyə xidmət etdiyi və onun fəaliyyətinin əhəmiyyətinin nədən ibarət olduğunu hələ də məlum deyil. Bu da ATƏT Minsk Qrupunun passiv, mandatına uyğun fəaliyyət göstərməyən, işğalçı dövlətə qarşı təsirli tədbirlər görülməsi istiqamətində heç bir addım atmayan lazımsız qurum olduğunu göstərir”.

Keçidlər