Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəbrayılım – yurdum mənim” mövzusunda tədbir keçirilmişdir

22 fevral 2013 | 16:00

21 fevral  2013-cü il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda “Cəbrayılım – yurdum mənim”  mövzusunda ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbiri giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev açaraq bu cür tədbirlərin keçirilməsinin,  gənc nəslin vətənpərvərlik tərbiyəsində, adət və ənənələrimizin yaşadılmasında əvəzolunmaz rol oynadığını qeyd etdi. Natiq ölkə başçısının Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində apardığı siyasət nəticəsində tezliklə Cəbrayıl, eləcə də işğal olunmuş digər  rayonlarımızın işğaldan azad olunacağına əminliyini bildirdi.
Sonra Cəbrayıl rayon İskəndər Tahirov adına Mehdili kənd  tam orta                                               məktəbin müəllimi Hidayət Səfərli “Cəbrayılım – yurdum mənim”  mövzusunda məruzə ilə çıxış etdi. Məruzə ətrafında Rayon İcra Hakimiyyəti Başçısının müavini –  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Ağakişiyev, Rayon Təhsil şöbəsinin məsləhətçisi Xəzər Səmədov, 15 saylı tam orta məktəbin müəllimi, şair  Musa Aslanxanlı, 8 saylı tam orta məktəbin müəllimi, şair,   Mirzə Mirimli çıxış edərək Cəbrayıl rayonu ilə bağlı xatirələrini danışdılar.
Sonda “Cəbrayılım – yurdum mənim”  aylığı çərçivəsində keçirilmiş şer, inşa və digər müsabiqələrdə fərqlənən şagirdlərə rayon İcra Hakimiyyətnin və rayon Təhsil şöbəssinin fəxri fərman və hədiyyələr təqdim olundu.
Tədbirdə rayon Mədəniyyət və Turzim şöbəsinin musiqi kollektivi geniş  konsrert proqramı ilə çıxış etdi.

Keçidlər