Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl məktəblərində və uşaq bağçalarında yeni tədris ilinə hazırlıq işləri aparılır

12 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə”  29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Təhsil müəssisələrinin və uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Cəbrayıl Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan 13 uşaq bağçasında və rayonun 41 ümumtəhsil məktəbində dezinfeksiya işləri aparılmış, işçi heyəti mövcud şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılmışdır. Qeyd edək ki, dezinfeksiya işləri başa çatdıqdan sonra uşaq bağçalarında və məktəblərdə geniş təmizlik, tibbi-profilaktik işlər görülür. Məktəblərdəki sinif otaqların və uşaq bağçalarındakı məşğələ otaqlarının havalandırılmasına, bufet, mətbəx və sanitar qovşaqların təmizliyinə diqqət artırılmış, burada mütəmadi dezinfeksiya işlərinin aparılması nəzərdə tutulmuşdur. Bundan əlavə, hər bir məktəbin və uşaq bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaqdır. Hər gün məktəbə və bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, müəllimlər və tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Rayonda uşaq bağçaları və ümumtəhsil məktəbləri fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Cəbrayıl Rayon İcra Hakimiyyətinin və rayon Təhsil şöbəsinin əməkdaşları tərəfindən həyata keçiriləcəkdir.

Qeyd edək ki, koronovirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər görmək üçün rayonun uşaq bağçalarında və ümumtəhsil məktəblərində çalışan bütün işçilərin koronavirus testləri həyata keçirilir.

 

Keçidlər