Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin məhdudiyyətlərini qorusaq normal həyata daha tez qayıdarıq

08 avqust 2020 | 16:00

Hazırda dünya ölkələri, xalqları koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Hətta inkişaf etmiş dövlətlər belə bu çətinliklər qarşısında aciz qalıblar. Lakin Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür. Belə bir çətin zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar Prezident İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, dövlətin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Azərbaycanda görülən bu işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir və  vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır.
    Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağı düşmüşdür.
    Əminliklə demək olar ki, koronavirus xəstəliyi bundan sonra da daim dövlətimizin nəzarəti altında saxlanılacaqdır. Bu müsbət dinamika artıq üç həftədir ki, müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər həyat keçirilmiş və  bunun nəticəsidir ki,  ölkəmiz bu vəziyyətdən az itkilərlə çıxmaq üzrədir.
    Koronavirusa qarşı mübarizədə həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunmuşdur. Mövcud xəstəxanaların kifayət qədər imkanlarımızı genişləndirməsinə baxmayaraq yeni xəstəxanaların tikilməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edilmiş və  9 yeni modul tipli  xəstəxana istismara verilmişdir.
    Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilmiş, 1300 çarpayılıq xəstəxananın isə bu ayın sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu da əlavə 2100 çarpayı deməkdir. Həmçinin 2 Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edilərək qısa müddət ərzində hazır vəziyyətə gətirilmişdir.
Bu gün Respublikamızda iqtisadi və sosial məsələlər də öz həllini tapmaq üzrədir. Son aylar ərzində çox sayda  böyük işlər görülübdür. Bunun nəticəsidir ki, ölkə üzrə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunmuşdur.
Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirmiş və bu layihələrin həcmi 2020-ci ildə rekord həddə çatdırılmışdır. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaqdır ki, bu imkandan da 7 mindən çox köçkün ailəsi faydalanacaqdır. Həmçinin ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçinin dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunması nəzərdə tutulmuşdur..
    Ölkə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən çıxışında yaranmış bu problemləri həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparıldığını qeyd etmişdir.
    Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilimişdir. Digər mənzillər və fərdi evlərin də ilin sonunadək veriləcəyi nəzərdə tutulur. 
    Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə  tədbirlər geniş vüsət almaqdadır. Ötən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və onlara bərabər tutulanların 6900  nəfərinin minik avtomobili ilə təminatı həyata keçirilmişdir.
    Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılmışdır. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği  3 dəfə artırılmışdır.
    Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda)  aylıq sosial müavinət də ödənilmişdir.  Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramının artıq 100 faizə yaxın icra olunmuşdur ki, bunun da nəcitəsində 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox  vərəsəsi ödəmə ilə təmin edilmişdir.
Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılmışdır. 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilmişdir.
    Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlər də öz əksini tapmışdır.
    Ötən dövrlər ərzində ölkə üzrə 2 milyon şəxsin sosial ödənişlərin davamlılığı təmin edilmişdir. Təkcə son 6 ayda ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilmişdir.
    Ölkə üzrə 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət, sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət göstərilmiş, sosial tərəfdaşların dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı verilmişdir. Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən sığorta alanlar, peşə hazırlığına cəlb olunanlar üçün (cəmi 16 min nəfər) ödəniş 2 aylıq uzadılmış, əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılmışdır.
    Məşğulluq və sosial rifaha dəstək tədbirləri təqribən 5 milyon nəfəri əhatə etmiş, Dövlət sektoru üzrə 900 min nəfərin (80%-i işə çıxmasa da) iş yeri və əmək haqları qorunub saxlanılmışdır. Özəl sektor üzrə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınmışdır. İlin əvvəlindən əmək müqavilələrinin sayı 120 min (19%), əmək haqqı fondu 15%  artmışdır.
    Ölkə üzrə işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən 600 min şəxs aprel-may aylarında 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmələr almışdır ki,  bütün bu ödəmələr isə  225 milyon manat vəsait təşkil etmişdir.
    İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunmuşdur. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunacaqlar. Avqust ayında da onlara 190 manat ödənilməsi nəzərdə tutulur. Ödəmə 53 milyon manat təşkil edəcəkdir ki, bu da həmin şəhər və rayonlar üzrə 278 min nəfərə şamil olunacaqdır.
    Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Bu ölkələrə baxdıqda bizim ölkəmizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir.
    Koronavirusla bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq. Artıq avqust ayın 5-dən yumşalma olubdur. Ancaq insanlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığı müşahidə olunarsa rejim yenə də sərtləşə bilər. Açılacaq obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməli, sosial məsafə qorunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir.
    Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün olar.

 

 

Keçidlər