Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların onlayn qəbulu keçirilmişdir
15 iyul 2020-ci il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tərəfindən vətəndaşların onlayn qəbulu keçirilmişdir.
Rayon icra hakimiyyətinin inzibati binasında keçirilən qəbulda rayon İcra hakimiyyətinin başçısı vətəndaşların problemlərini dinləmiş, səsləndirilən təklif və şikayətlərinin aidiyyəti üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər vermişdir.
Qəbul zamanı kooronavirus pandemiyasının ölkəmizdə yayılma təhlükəsinin olduğu nəzərə alınaraq digər kütləvi tədbirlərlə yanaşı, vətəndaşların açıq qəbulların keçirilməsinin də Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun olaraq təxirə salınması barədə vətəndaşara məlumat verilmiş, özlərinin və yaxınlarının sağlamlığının qorunması üçün Operativ Qərəgahın tələb və tövsiyyələrinə qeyri-şərtsiz əməl etmələrinin vacibliyi bir daha onların diqqətinə çatdırılmışdır.