Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilmişdir

13 dekabr 2012 | 16:00

12 dekabr 2012-ci il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbədə salınmış parkda Ulu Öndər Heydər Əliyevin vəfatının doqquzuncu il dönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, YAP fəalları, Hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, rayon Təhsil şöbəsinin əməkdaşları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Toplantıdan əvvəl tədbir iştirakçıları parkda ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri qoydu və xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq qeyd etdi ki, dünyada elə şəxsiyyətlər var ki, bəşəriyyət onların yoxluğunu min illər sonra belə hiss edərək xatirələrini və işıqlı əməllərini yaşatmağa çalışır. Bu baxımdan dünyanın ən tanınmış tarixi simaları sırasında özünəməxsus yer tutan və XX əsr dünya səyasətinin nəhənglərindən hesab edilən Ulu Öndər Heydər Əliyevin özündən sonra qoyub getdiyi siyasi irsi və idarəetmə təcrübəsinin yüz illər bundan sonra türk – islam aləmində və şərqdə, həm də dünyanın hər yerində öyrəniləcəyi şübhəsizdir. O, hələ sağlığında ikən dünyanın fenomen bir siyasətçisi kimi tanınmış, ən ağır vəziyyətlərdə belə qeyri ciddi siyasi təfəkkürü ilə çıxış yolu tapan məşhur bir strateq kimi milyonların rəğbətini qazanmışdır. Bu günə kimi dünyanın heç bir siyasətçısındə olmayan qeyri adi yaddaşı ilə hamını heyran edən Heydər Əliyev türk – islam dünyasının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardandır.
Məruzə ətrafında Rayon İcra Hakimiyyəti Başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mərkəz Paşayev, rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova, Əmək veteranı Əli Hübətalıyev, YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev çıxış edərək Ulu Öndərin şərəfli həyat yolu barədə məlumat verdilər.
 

Keçidlər