Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident Tərtər səfəri ilə düşmən ölkəyə yeni bir mesaj verdi

11 iyun 2020 | 16:00

Ölkə Prezidenti Tərtərdə idman kompleksinin açılışındakı çıxışı ilə Ermənistan dövlətinin terrorçu mahiyyəti, irticaçı-təcavüzkar siyasəti və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın güclü mövqeyi barədə ictimaiyyətə və dünya auditoriyasına yeni maraqlı mesajlar verdi.
    Prezident İlham Əliyevin ölkəmizə qarşı təcavüz tarixi, torpaqlarımızın parça-parça qoparılması və bu işdə Azərbaycanın tarixi rəhbərlikləri tərəfindən yol verilmiş səhvlər barədə söylədiyi faktlar əhəmiyyətlidir və dərin siyasi, elmi diskussiyalar doğurmaq gücündədir: "Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır. Ermənistanın siyasətində faşist və terrorçuluq əlamətləri bu dövlətin əslində dünyanın yaxşı tanıdığı terror təşkilatlarının fəal dəstəyi və himayəsi ilə qurulmasından irəli gəlib. 2018-ci ilə qədər özünü daha qabarıq göstərən faşist - terror davranışları təəssüf ki, bu gün də davam edir. Hitler faşizmi ilə fəal əməkdaşlıq etmiş şəxslərin qəhrəmanlaşdırılması, ölkənin özündəki dövlət terroru faktlarının hələ tam araşdırılmaması bunu əyani şəkildə sübut edir".
    Prezident İlham Əliyevin Ermənistan dövlətinin faşist-terror mahiyyəti barədə fikirləri ciddi əsaslara söykənir və Ermənistanın Azərbaycana təcavüz siyasətinin tarixi, siyasi, ideoloji, milli əsaslarını dünyaya daha dərin tanıtmaqda müstəsna rol oynayır: "Prezident İlham Əliyev son yüz ildə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal və ilhaq anatomiyasını tam mənzərəsi ilə göstərdi. Ən əhəmiyyətli məqamlardan biri budur ki, Prezident Azərbaycan torpaqları ilə bağlı Ermənistanın işğal planları və iştahının davamlı xarakter daşıdığını göstərdi, torpaqlarımızın işğalının həm erməni işğal planları, həm də xüsusilə Cümhuriyyət dövründə buraxılmış səhvlərlə bağlı olduğunu inandırıcı şəkildə sübut etdi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanın ermənilərə verilməsinin ciddi səhv və bağışlanmaz güzəşt olduğu barədə Prezidentin sözləri hər bir azərbaycanlının bu tarixdən duyduğu ürək ağrıları ilə üst-üstə düşdü. Hələ də elə fikirlərə rast gəlinir ki, İrəvanın Ermənistana verilməsi guya qaçılmaz idi və guya Xalq Cümhuriyyəti rəhbərləri bu addıma məcburən getdilər. Prezident bu hadisəni yanlış və bağışlanmaz adlandırmaqla bir daha sübut etdi ki, İrəvan Ermənistana verilməyə də bilərdi və verilməməli idi. Prezident haqlı olaraq bu hadisəni sonrakı dövrlərdə erməniləri yeni torpaq işğallarına şirnikləndirən faktor kimi xarakterizə etdi. İrəvanın 100 il əvvəl ermənilərə verilməsi ilə bağlı Prezident İlham Əliyevin fikirlərində strateji əhəmiyyət daşıyan məqamlar var.
    Dünya bir daha gördü ki, Ermənistan bir dövlət olaraq həqiqətən əsasən Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Prezident bütün nəsillərimizə örnək olacaq bir ideya verdi ki, heç bir tarixi şərait və səbəb torpaqlarımızın düşmənə bağışlanması siyasətinə haqq qazandıra bilməz". Bəzilərinin guya bunu Xalq Cümhuriyyətini gözdən salmaq və qaralamaq məqsədi kimi təqdim etməsinin heç bir həqiqi əsası yoxdur: "Prezident bir daha göstərdi ki, obyektiv tariximizi hamı bilməlidir, hər bir dövlət xadiminin səhvlərinə obyektiv qiymət verilməlidir və düşmənə torpaqlarımızın güzəşt olunması heç bir halda bağışlanmamalıdır.
    Ermənistan dövlətinin terrorçu-faşist və təcavüzkar-işğalçı mahiyyəti barədə dünyadakı rəylərin daha da möhkəmlənməsində Prezident İlham Əliyevin çıxışı güclü təsirə malikdir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqi, siyasi və diplomatik mövqeləri Azərbaycan Prezidentinin mahiyyətli və faktoloji izahları ilə daha da gücləndi. Prezident sübut etdi ki, Ermənistan tək siyasi və torpaq təcavüzkarı yox, həm də "toponim təcavüzkarı" prinsipi ilə hərəkət edən dövlətdir".

 

Keçidlər