Cəbrayıllılar qanvermə aksiyasına qoşuldular
Azərbaycan Respublkasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Respublikanın bütün bölgələrinin səhiyyə ocaqlarında talassemiyalı və hemofiliyalı xəstələrini qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə qanvermə aksiyaları həyata keçirilir.
Cəbrayıl sakinləri də bu nəcib aksiyaya qoşulmuşdur. Belə ki, 05.06.2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda qəsəbələrdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarının kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri üçün könüllü qanvermə aksiyası təşkil edilmişdir.
Qanvermə zamanı donarların və tibbb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün zəruri tədbirlər həyata keçirilmiş, sosial məsafənin gözlənilməsinə, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadəyə xüsusi diqqət verilmişdir. Gün ərzində aksiya davam edərək müvəffəqiyyətlə başa çatmışdır.