Şriftin ölçüsü :

Saytın rəngi :

“Xudafərin” qəzetinin 80 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

09 dekabr 2012 | 16:00

8 dekabr 2012-ci il tarixdə N.Nərimanov rayonu 9 saylı Peşə məktəbinin akt zalında “Xudafərin” rayon qəzetinin 80 illiyi ilə əlaqədar keçirilən yubiley tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahmud Quliyev açaraq rayon qəzetinin keçdiyi həyat yolundan danışdı, məcburi köçkünlüyün yaratdığı çətinklərə baxmayaraq qəzetin fəaliyətini dayandırmamasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Sonra “Kredo” qəzetinin baş redaktoru Əlirza Zalov, professor İsmayıl Kazımov, yazıçı-publisist Əlisahib İsrafilov, “Xudafərin” rayon qəzetinin sabiq baş redaktoru Sərməst Seyidəliyev, rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Tariyel Abbasov çıxış edərək qəzetin kollektivini yubiley münasibəti ilə təbrik edərək bu çətin və məsuliyyətli yolda uğurlar arzuladılar.
Yubiley münasibəti ilə qəzetin vaxtaşırı və oxunaqlı dərc edilməsində əməyi olan Şakir Albalıyev, Hidaəyt Səfərli, Əlirza Əzizli, Bəhram Zeynalov, Sahib Abdullayev, Əlfəs Hüseynov, Savalan Fərəcov, Qabil Əhmədov, Hürriyət Məmmədov, Sərməst Seyidəliyev, Əmir Abbasov, Afər Əhmədov və Şamo Rizvanov rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olundular.
 

Keçidlər