Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidentinin Tərtər rayonuna səfəri zamanı tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır

04 iyun 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus (COVID-19) infeksiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunub. Bunu nəzərə alaraq virusun yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində zəruri işlər görülür.
   Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə həyata keçirilən bütün tədbirlər onu söyləməyə əsas verir ki, dövlət hər zaman vətəndaş amilini ön plana çəkir. Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Son vaxtlar vətəndaşların əksəriyyətinin karantin rejiminə əməl etməməsi nəticəsində virusa yoluxanların sayı artmışdır. COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi Operativ Qərargah tərəfindən qərara alınmışdır.
   Şənbə və bazar günləri tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın həftənin 2 gününü əhatə etməsi, ölkədə lazımi qədər ərzaq ehtiyatının olması, eyni zaman da  maskaların və tibbi spirtin ölkəmizdə istehsalı vətəndaşların heç bir narahatçılığının olmamasına xidmət edir.
    Azərbaycan Respublikasının Prezident Cənab İlham Əliyevin iyun ayının 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında  iştirakı zamanı tibbi maskadan istifadə etməsi hər bir ölkə vətəndaşı üçün nümunədir. Belə ki, bu işdə hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti hiss etməli, özlərinin və yaxınlarının sağlamlığını qorumalı, Operativ Qərargahın bütün tələb və qaydalarına əməl etməlidirlər.
   Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər rayonumuzda  da minnətdarlıq hissi ilə qarşılanır. Xüsusilə də Azərbaycan Respublikasının Nazirlər    Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün tələb və qaydalara ciddi şəkildə əməl olunması sahəsində işlər görülür.
     Pandemiyanın hökm sürdüyü ilk gündən tibbi maskadan istifadənin virusun yayılmasının qarşısının alınmasında, bilavasitə vətəndaşların sağlamlığının qorunmasında mühüm rol oynaması barədə rayon sakinlərinə mütəmadi olaraq məlumatlar verilir.
    Beləliklə, ölkəmizdə dövlətimiz tərəfindən biz vətəndaşların sağlamlığının qorunması istiqamətində bütün səy və imkanlardan istifadə edərək məqsədyönlü mübarizə tədbirləri görülür. Biz vətəndaşların da üzərinə bir məsuliyyət düşür ki, o da qeyd olunan tələb və qaydalara ciddi şəkildə əməl etməklə sağlamlığımızı qorumaq və ölkəmizdə atılan uğurlu addımlardan nümunə götürərək dövlətimiz tərəfindən görülən işlərə öz töhfəmizi vermək.

 

Keçidlər