Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Könüllüləri dəstək aksiyasına qoşulublar

18 may 2020 | 16:00

Ölkəmizin koronavirus bəlasından az itki ilə çıxması yolunda qazandığımız uğurların əsas səbəbi dövlət başçımızın insan amilinə verdiyi yüksək dəyərdir. Koronavirusun tüğyan etməsi vahimə yaratsa da, əslində, insanların bir-birinə nə qədər gərəkli olmasını da bir o qədər ortaya qoydu. Bu çətin günlərdə gəncliyin könüllülük prinsipi əsasında xalqımızın aztəminatlı təbəqəsini, sosial cəhətdən yardıma ehtiyacı olanları tək buraxmaması humanitar siyasətə çevrilmişdir. Bu, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətindən sonra kütləvi hal almışdır.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçirdiyi sosial aksiya da bu qəbildən olan tədbirlərdəndir. Karantin rejimində könüllü gənclərin də qatıldığı aksiya vasitəsilə Cəbrayıl rayon sakinlərinə, xüsusən də maddi ehtiyacı olanlara - aztəminatlı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. Rayon əhalisinin məskunlaşdığı müxtəlif bölgələrdə həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 2700 ailə faydalanıb.

Ərzaq paylarını qəbul edən rayon sakinləri insanlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən növbəti aksiyanı vətəndaşlar razılıqla qarşılayıb və təşkilatçılara öz minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin aksiya zamanı rayon könüllüləri koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlara ətraflı məlumat vermiş rayon əhalisi arasında xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslərə zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişlər. Həmçinin, Cəbrayıllı könüllü gənclər koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının ilk günlərindən başlayaraq səyyar şəkildə mütamadi olaraq tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş onlara tibbi spirt, tibbi maska və əlcəklər paylamışlar.

“Evdə qal, sağlam qal” çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə həm maddi, həm də mənəvi dəstəkdir.

Keçidlər