Şriftin ölçüsü :

Saytın rəngi :

Şura iclası keçirilmişdir

09 dekabr 2012 | 16:00

8 dekabr 2012-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 9 saylı Peşə məktəbinin inzibati binasında “Rayon Təhsil şöbəsinin Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədrisin və təlim-tərbiyənin vəziyyəti haqqında” Cəbrayıl rayon İcra hakimiyyəti Başçısı yanında Şuranın səyyar yığıncağı keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyəti Baçısı aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, rayonun Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və müəllim kollektivləri iştirak etmişlər.
İclası Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahmud Quliyev açmış, sonra Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Ağakişiyev “Rayon Təhsil şöbəsinin Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədrisin və təlim-tərbiyənin vəziyyəti haqqında” məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında Rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova, Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əyyub Quliyev , Cəbrayıl rayonu 3 saylı tam orta məktəbin direktoru Ələkbər Novruzov, Cəbrayıl rayonu Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbin direktoru Arif Məmmədov, Cəbrayıl rayonu Şikar Aslanov adına Süleymanlı kənd tam orta məktəbin direktoru Ələkbər İsmayılov çıxış edərək rayon təhsilinin uğurları, eləcədə mövcud nöqsan və çatışmazlıqlar barədə danışmış və bu sahədə yol verilən çatışmamazlıqların aradan qaldırılması yönümündə görüləcək işlər barədə məlumat vermişlər.
 

Keçidlər