Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov video-konfrans keçirmişdir

15 may 2020 | 16:00
 15 may 2020-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov video-konfrans keçirmişdir. Dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar, qarşıda duran vəzifələr və korrupsiya ilə mübarizəyə həsr olunmuş konfransda idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı iştirakçıları salamlayaraq dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı təxirəsalınmaz tədbirlərdən, görülən işlərdən söhbət açmışdır. Həmçinin İcra başçısı korrupsiyaya qarşı mübarizədən danışaraq, hər bir məmurun üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd etmiş, onların öz vəzifələrinə məsuliyyətlə yanaşması ilə bağlı göstərişlərini vermişdir. Sakinlərlə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha yaxından maraqlanmaq, vaxtında tədbirlər görməyin vacibliyini vurğulayan  rayon rəhbəri bu sahədə qanunazidd hallara yol verilməməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində də yerli icra nümayəndələri qarşısında ciddi  vəzifələr qoymuşdur. 
   Onlayn müşavirədə RİH Başçısının I müavini Arif Fərzəliyev, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Hüseyn Əhmədov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehrəliyev pandemiya dövründə rayonda görülmüş işlərlə bağlı hesabatla çıxış etmişlər. 
 
Keçidlər