Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ictimaiyyəti Dövlət İdarəçilik sistemində aparılan islahatları və korrupsiyaya qarşı mübarizəni alqışlayır

12 may 2020 | 16:00

Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət idarəçilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar getdikcə daha geniş vüsət almış və davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini də korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar,  xüsusilə “Asan” xidmət sahəsinin genişləndirilməsi, ölkədə dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması istiqamətində xeyli işlər görülmüşdür.
    Lakin bununla  yanaşı çox təəssüf ki, bir sıra sahələrdə işləyən dövlət məmurlarının fəaliyyətində geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur.
   Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən fəaliyyətlərində neqativ hallara yol verməklə idarəçilik siteminə mənfilik gətirən, koronavirus (COVİD-19) pandemiyasının yayıldığı bir vaxtda dövlət tərəfindən vətəndaşlara göstərilən qayğıya “kölgə” salaraq imkansız ailələrə olunan yardımlardan, yaradılan ictimai iş yerlərindən öz şəxsi mənafeləri üçün bəhrələnməyə çalışan bir sıra şəhər və rayonların icra hakimiyyətlərinin başçıları, o cümlədən Mədəniyyət Nazirliyinin yüksək vəzifəli  şəxsləri cinayət məsuliyyətinə cəlb olunmuşdur.
   İşğalçı Ermənistanın ölkəmizə qarşı hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
     Cəbrayıl rayon ictimaiyyəti dövlət idarəçilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan geniş miqyaslı bu cür tədbirləri hamılıqla dəstəkləyir və alqışlayır.

 

Keçidlər