Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizmin üzərində Qələbədən 75 il ötür

09 may 2020 | 16:00

Faşizmin üzərində Qələbənin 75-ci il dönümü münasibətilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçıları Tapdıq Allahverdiyev, Mətiş Məmmədov, Məhəmməd Əhmədov və Əli Mehrəliyevi ziyarət etmişdir. Ziyarət zamanı Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənovun Faşizmin üzərində Qələbənin 75-ci ildönümü münasibətilə təbrik məktubunu və hədiyyələri onlara çatdırmışdır.
   Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra mayın 9-nun Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibətilə dövlət tərəfindən müharibə veteranlarına mənəvi və maddi dəstəyin göstərildiyini qeyd edən müharibə iştirakçıları ölkə rəhbərinə təşəkkürlərini bildirmişlər. Belə Qələbə gününü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında, qədim Şuşa şəhərində qarşlayacaqlarını böyük inam hissi ilə qeyd etmişlər.
    Azərbaycanın dünya miqyasında şöhrətlənməsindən qürur hissi keçirdiklərini deyən müharibə veteranları onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına, həmçinin Qələbənin 75-ci ildönümü ərəfəsində onlarla belə görüşləri təşkil edənlərə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Keçidlər