Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda yaz-tarla işləri geniş vüsət almışdır

24 aprel 2020 | 16:00
     Cari ilin ilk aylarından başlayaraq Dünyada  Koronovirus infeksiyasının  yayılması səbəbindən Ölkəmizdə də karantin tədbirləri həyata keçirilməsi qaçılmaz oldu. Bu xəstəliyin gələcəkdə daha ciddi fəsadlar verə biləcəyini  nəzərə alaraq Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox erkən qabaqlayıcı  tədbirlər  görülməsi üçün  müvafiq qərarlar  verildi. Məhz bu səbəbdən Koronovirus (kovid-19) infeksiyasından zərər  çəkənlərin sayı  digər  ölkələrlə müqayisə də respublikamızda daha az oldu. Bütün hallarda virusun  ölkə  ərazisində  geniş yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən karantin tədbirləri digər sahələr  kimi aqrar sektora da təsirsiz ötüşmədi. Ölkədə gələcəkdə ərzaq qıtlığınının  yaranmaması məqəsi ilə kənd təsərrüfatı və yardımçı sahələrdə  fəaliyyət göstərən  şəxslərin xüsusi karantin rejimi dövründə hərəkətinin  nizamlanması məqsədi  ilə  Azərbaycan Respublikası Nazirlər  Kabinrtinin 2020-ci il 02 aprel tarixli 124 nömrəli Qərarına müvafiq dəyişiklik  edildi. Həmin dəyişikliyə əsasən xüsusi karantin dövründə kənd  təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin  karantrin şərtlərini gözləməklə hərəkətinin sərbəstləşdirilməsi təmin edildi. Bu qərardan sonar aqrar sahədə işlərin ahəngi əsasən bərpa edildi. 
     Hazırda Nazirlər kabinetinin həmin qərarının tələblərinə əsasən fəaliyyəti sərbəst  olan və xüsusi icazə tələb edilən kənd təsərrüfatı işçilərinin fəaliyyəti üçün sərbəst şərait yaradılıb.  Cari ilin məhsulu üçün 2250 hektarda taxıl əkilmişdir ki, bunun da 1800 hektarı suvarılan ərazidə yerləşir. Hazırda suvarılan sahələrdə 2-ci veketasaiya  suvarmaları aparılır. Sahələrin əksər hissəsinə yeniləmə gübrəsi verilmiş, alaq otlarına qarşı herbisidlərlə mübarizə davam etdirilir. Taxıl biçininə  hazırlıq məqsədi ilə taxıl biçən kombaynlar hazırlıq vəziyyətinə gətirilir.
    Yazlıq əkinlər də surətlə davam etdirilir, bu günədək  22 hektarda yazlıq yonca, 31,6 hektarda kartof, 18,2 hektarda tərəvəz, 8 hektarda şəkər çuğunduru, 55 hektarda çiyid səpini aparılmışdır. Hazırda tərəvəz və pambıq sahələrində səpin davam etdirilir.
    Cari ildə kümdərlərimiz tərəfindən 125 qutu ipək qurdu bəslənməsi proqnozlaşdırılır. Bu məqsədlə kümxanalarda hazırlıq işləri  başa çatdırılmaq üzrədir. Hazırda kümxanalar təmir edilir, dezinfeksiya  tədbirləri aparılır, 100 nəfərdən çox kümdərimizin bu işdə iştiarkı nəzərdə tutulur.
      Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən mövcud olan 10,8 min baş iribuynuzlu heyvanlar arasında xəstəliklərə qarşı profilaktiki  peyvəndləmə tədbirləri davam etdirilir. Bu günədək 8000 baş iribuynuzlu heyvanda dabaq,17,3 min baş iri və xırdabuynuzlu heyvanda Qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri başa çatdırılmışdır.hazırda heyvanlar və quşlar arasında peyvəndləmə işləri davam etdirilir.
     Kənd təsərrüfatı sahəsində çalışan sakinlərimiz pandemiyanın yaratdığı fəsadlara baxmayaraq fəallıqları ilə  ölkə iqtisadiyyatına öz töhfələrini verirlər.
 
 
Keçidlər