Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Dəstək olaq” sosial aksiyası davam etdirilir

22 aprel 2020 | 16:00

Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına əsasən koronavirus ( COVİD-19) pandemiyasının qarşısının alınması məqsədi ilə, hazırda davam edən xüsusi karantin rejiminə uyğun olaraq Cəbrayıl rayonunda  aztəminatlı ailələrə sosial dəstək tədbirləri davam etdirilir.
  Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiyaya rayonun idarə və müəssisələrinin kollektivləri ilə yanaşı respublikamızda fəaliyyət göstərən dövlət və özəl təşkilatlar da dəstək verirlər.
   Pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi müddətində Rayon İcra Hakimiyyəti və rayon təşkilatları tərəfindən 608, digər mərkəzi dövlət orqanları (Xəzər Dəniz Gəmiçiliyi, Bakı Nəqliyyat Agentliyi, Milli Depozit Mərkəzi, Azərsu ASC) tərəfindən isə 479 olmaqla, ümumilikdə rayon üzrə 1087 nəfər yaşlı tənha şəxslərə və aztəminatlı ailələrə ərzaq yardım göstərilmişdir.

 

 

 

 

 

 

 

Keçidlər