Şriftin ölçüsü :

Saytın rəngi :

,,BİZ BİRLİKDƏ GÜCLÜYÜK !!!,,

18 aprel 2020 | 16:00

Məlum olduğu kimi bəşəriyyət yeni bir qlobal problemlə üzləşmişdir. 2019- cu ilin dekabrında Çinin Uohan şəhərində koronovirusun yeni növünün yayıldığı aşkarlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) koronovirusun bu növünü Covid-19 adlandırmış və bəşəriyyət üçün təhlükəsini və yayılma sürətini nəzərə alaraq pandemiya elan etmişdir. Doğrudan da koronovirusun müalicəsi elmə məlum olmayan yeni növü  dünyada çox sürətlə yayılmışdır.  Çin Xalq Respublikası  məkanca uzaq olsa da bu xəstəlik artıq dünyanın demək olar ki, bütün dövlətlərinə yayılmışdır.
    Azərbaycan Respublikası Prezidenti , cənab İlham Əliyev bu pandemiyanın yayılmasının qarşısını almaq üçün cari ilin yanvarında Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması haqqında Sərəncam imzalamışdır. Ölkə başçısının və Operativ Qərargahın gördüyü qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın yayılma sürəti azalmışdır.
      Koronovirusun ölkəmizdə yayılması təhsil müəssisələrinin də işinə təsir etmişdir. Belə ki, mart ayının 3-də dərslər və kütləvi tədbirlər dayandırılmışdır. Təhsil naziri, cənab Ceyhun Bayramovun bu günlərdə televiziyaya verdiyi müsahibəsində qeyd olunduğu kimi republikada dərslərin açılması ümumilikdə iki milyona yaxın insanın hərəkəti deməkdir. Ona görə də karantin qaydalarına əməl etmək üçün dərslər Operativ Qərargahın tələb etdiyi müddətə qədər bağlı qalmalıdır.Republikamızda təhsil alan şagirdlərin fasiləsiz təhsilini təmin etmək üçün Mədəniyyət telekanalında teledərslər başlanmışdır.  Respublika əhalisinin böyük əksəriyyətinə aid olan “Evdə qal” çağırışı ilk növbədə azyaşlı uşaqlara və məktəblilərə aiddir.  Bu çağırışa əməl etməklə yanaşı şagirdlərimizin tədrisdən kənarda qalmaması üçün müəllimlərimiz əllərindən gələni edirlər. Cəbrayıl rayon Təhsil Şöbəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk günlərdən təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə distant(məsafədən) tədris aparılır. Müəllimlərimiz müxtəlif proqramlardan istifadə edirlər(Fasebook,Wotsaap,Zoom,Teleqram,Microsoft Teams,Skype). Şagirdlər evlərində olan internet resurslarından  istifadə edərək müəllimlərinin apardıqları dərslərdən yararlanırlar.Bundan  başqa “Evdə qal, tədrisdən qalma” çağırışı çərçıvəsində şagirdlərin ifasında müxtəlif tədbirlər hazırlayaraq paylaşırlar.
     Eyni zamanda 21 nəfər fəal  müəllimimiz  Təhsil Nazirliyinin şagirdlərin məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə təqdim etdiyi “Virtual Məktəb”layihəsinə qoşulmuşdur.
Ümid edirik ki, görülən qabaqlayıcı tədbirlər sayəsində bu çətin vəziyyət tezliklə başa çatacaq, insanlar əvvəlki çal-çağırlı həyatlarına qayıdacaq, sözün əsl mənasında bir- birinə qovuşacaqlar. Hal- hazırkı vəziyyət həm də dövlətlər arasında sülhü möhkəmləndirmək üçün bir stimul olmalıdır. Bunun üçün bəşəriyyət lazımsız müharibələrə son qoymalı, müharibələrə xərclənən pullar ətraf mühitin qorunmasına, təhsilə və ən əsası insan sağlamlığına xərclənməlidir.               
    Koronovirusun yaratdığı problemləri aradan qaldırılması üçün görülən tədbirlərdə ön sıralarda gedən həkimlərə, hüquq-mühafizə orqanlarına və ümumiyyətlə dövlətimizə dəstək olmaq üçün karantin dövründə evdə qalmalıyıq. Hal-hazırkı çətin vəziyyətdə qeyd olunan sahələrdə çalışan insanların fədakarlığı əminlik yaradır ki, şagirdlərimiz  peşə seçimində bu peşələrə üstünlük verəcəklər.


 

Keçidlər