Şriftin ölçüsü :

Saytın rəngi :

Şura iclası keçirilmişdir

28 noyabr 2012 | 16:00

27 noyabr 2012-ci il tarixdə saat 10:00-da Cəbrayıl Rayon İcra hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə əlaqədar Şura iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçsi Rövşən Ağayev, Şura üzvləri, idarə və müəssisə rəhbərləri, qəsəbələrdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələri iştirak etmişlər.
İclası Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı cənab Mahmud Quliyev açaraq “ yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə əlaqədar geniş məruzə ilə çıxış etmişdir. 17 noyabr 2012-ci il tarixdə Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş müşavirədə şəhər və rayonlarda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə yerli icra hakimiyyətlərinin fəaliyyətinin geniş təhlil edildiyini diqqətə çatdırdı və “yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də icra hakimiyyəti başçılarının müəyyən ərazidə ümumi rəhbərliyi həyata keçirmək üçün vəzifə və səlahiyyətlərə malik olduğunu və ayrı sahələr üzrə bu vəzifə və səlahiyyətlərin hər birinin icrası ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr, mövcud problemlər haqqında geniş məlumat verdi.
Rayon üzrə boşanmalarının sayının nikahların sayına nisbətdə Respublika səviyyəsindən artıq olmasını, səhiyyədə ixtisaslı həkim kadrların çatışmazlığını, bir neçə xəstəliklərin dinamikasında artım müşahidə edilməsini narahatlıq doğuran hallar olduğunu qeyd etdi, bunu yaradan obyektiv və subyektiv səbəblərdən, bu sahədə mövcud nöqsanların aradan qaldırılması üçün gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışdı.
Sonra iH-i aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tapdıq Nəsirov Regionların İnkişafının Analitik İnformasiya Sisteminə daxil edilən məlumatların təhlili barədə, Başçının müavini-Aqrar məsələləri şöbəsinin müdiri Şahin Şirinov rayonda Aqrar bölmənin inkişafı və bu sahədə mövcud olan problemlər barədə, Təhsil şöbəsinin müdiri Validə Həsənova təhsil sahəsində, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov səhiyyə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə, Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev mədəni-maarif müəssisələrinin işi barədə, Rayon Maliyyə şöbəsinin müdiri Famil Balayev royon büdcəsinin icrası barədə, Rayon Polis şöbəsinin rəis müavini Səmərqənd Hüseynov isə rayonun işğalından sonra ayrı-ayrı məskunlaşma yerlərində məskunlaşmış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dünyaya gələn uşaqlara verilmiş şəxsiyyət vəsiqələrində doğulduğu yer və yaşayış yerinin necə yazıldığı barədə çıxış etdilər.
Aparılan müzakirələr əhatəli təhlil və qarşılıqlı dialoq formasında davam etmiş, çıxış edənlər iştirakçıların suallarını cavablandırmış, məsul olduqları sahələrdə aydın olmayan məsələlərə aydınlıq gətirmiş və işdə yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyənləşdirilmişdir.
 

Keçidlər