Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti yaşlı və tənhaları diqqət mərkəzində saxlayır

01 aprel 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Cəbrayıl rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
    Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək,  özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.
    Aparılan tədbirlər çərçivəsində xidməti ərazimiz olan qəsəbələrdə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı tənha yaşayan sakinlər də daim diqqət mərkəzində saxlanılır, onların sosial-məişət qayğılarının həlli istiqamətində müvafiq işlər görülür.
     31 mart 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin əməkdaşları,  yaradılmış mobil qrupün üzvləri və rayon könüllüləri infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı tənha yaşayan 30 rayon sakinin evində olaraq onların problemləri ilə maraqlanmış və ərzaq yardımı göstərmişlər.
     Yaşlı və tənhalar göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

 

Keçidlər