Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon icra hakimiyyətində Şura iclası keçirilmişdir

18 oktyabr 2012 | 15:00

17 oktyabr 2012-ci il tarixdə Cəbrayıl rayon icra hakimiyyətində Şura iclası keçirilmişdir. Şura iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın - 10 -da keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasının yekunları və bununla bağlı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
M.Quliyev Dövlət başçısı İlham Əliyev cənablarının giriş və yekun nitqinə istinadən qeyd etmişdir ki, Ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə artmışdır. iqtisadiyyatımız doqquz ayda 1,1 faiz, qeyri-neft iqtisadiyyatımız 10,3 faiz, kənd təsərrüfatı 6.3 faiz artmış, valyuta ehtiyatımız ilin əvvəlindən bəri 5 milyard dollar artaraq 45 milyard dollar səviyyəsinə qalxmışdır.
İqtisadi sahədə baş verən bütün bu inkişaf səviyyəsi təbii ki, insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Doqquz ayda hər ailəyə ayda 112 manat olmaqla cəmi 127 min ailəyə Ünvanlı sosial yardım verilmiş, əhalinin pul gəlirləri 12 faiz artmış, inflyasiya isə cəmi 1,5 faiz olmuşdur. Göründüyü kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır. Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Cənab Prezident məhz ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etdirilməsi əsas məqsədimiz olduğunu bildirdi və hazırda bizim üçün çox önəmli olan qeyri-neft iqtisadiyyatının ilbəil dinamik inkişaf etməsini, Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığının getdikcə azalmasını müsbət hal kimi dəyərləndirdi və iqtisadi sahədə şaxələndirmə siyasətinin uğurla davam etdiriləcəyini vurğuladı.
Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır, yeni sənaye müəssisələri yaradılır. Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Sərmayələrin təqribən 70 faizə yaxın hissəsi daxili investisiyalardır, qalan hissə isə xarici investorların vəsaitidir. Həm yerli, həm də xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır.
Yaxşı haldır ki, özəl sektor ümumi daxili məhsulda öz yüksək çəkisini saxlamaqdadır. Son məlumata görə ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da öz növbəsində göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunubdur.
Kənd təsərrüfatı prioritet sahə olaraq qalır və gələcəkdə bu sahəyə daha da böyük diqqət göstəriləcəkdir. Kənd təsərrüfatının inkişafı bizə imkan verəcəkdir ki, idxaldan daha da az asılı vəziyyətdə olaq. Bu sahədə 6,3 faiz artım çox yaxşı göstəricidir.
Azərbaycan böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə ehtiyatlarımızı adambaşına hesablasaq dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir. Baxmayaraq ki, indi dünyada hökm sürən maliyyə böhranı faiz dərəcələrini aşağı salmışdır və bu vəsaitin idarə edilməsi nəticəsində biz hələ ki, o qədər də böyük mənfəət əldə edə bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlər artıq araşdırılır.
Cənab Prezident iqtisadiyyatda əldə olunan nailiyyətlərlə yanaşı sənaye istehsalında vəziyyətin o qədər də ürəkaçan olmadığını bildirdi və bu barədə ictimaiyyətə ətraflı açıqlama verdi. Qeyd etdi ki, hər rübdən-rübə, ildən-ilə, xüsusilə son bir neçə il ərzində Azərbaycanda ümumi sənaye istehsalı azalır. Doqquz ayın göstəriciləri də onu göstərir ki, ümumi sənaye istehsalı 3,5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Bu böyük nailiyyətdir. 1994-cü ildən Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş neft strategiyamızın icrası sahəsində çox böyük uğurlar əldə edilmişdir.
Haqlı olaraq neft strategiyamızla fəxr edirik. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. Biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə edirik - neft kapitalı qeyri-neft sektorunun inkişafına yönəldilir. Ancaq konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlamışdır. Hasilatın aşağı düşməsi hesabına Azərbaycanın bilavasitə 8,1 milyard dollar vəsait itirmişdir.
Cənab Prezident artıq öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar qarşısında məsələ qaldırmaq üçün Dövlət Neft Şirkətinə müvafiq tapşırıqlar verdiyini, əgər nəticə çıxarmasalar ciddi ölçülər, tədbirlər görüləcəyini bəyan etdi.
Beləliklə, əgər iqtisadi sahədə bu xoşagəlməz hadisələri nəzərə almasaq, vəziyyət ümumiyyətlə çox müsbətdir və ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Keçən rübdə dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı yeni dərc etdiyi cədvəldə Azərbaycan 46-cı yerdədir. Ölkəmiz MDB məkanında birinci, dünya miqyasında 46-cı. keçən ilə nisbətən isə 9 pillə yuxarı qalxmışdır. Eyni zamanda makroiqtisadi vəziyyətlə bağlı təsdiq edilmiş cədvəldə makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir.
Əsas reytinq agentlikləri hazırda Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini isə artırırlar. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” – yəni 3 əsas reytinq agentliyi bizim kredit reytinqlərimizi artırıblar və bu da görülən işlər, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Yəni, bu iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır.
Sosial məsələlərin həllində də böyük nəticələr vardır. Sovet vaxtından qalmış əmanətlərə kompensasiya verilməsi prosesi başlanmışdır və bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda verilməkdədir. Bu da sosial siyasətimizin nə qədər geniş olduğunu göstərir.
Azərbaycanda artıq orta aylıq əmək haqqı 500 dollara, orta pensiya 190 dollara bərabərdir. MDB məkanında bu göstərici ən yüksək göstəricilər arasındadır. Bu, davamlı bir prosesdir, pensiyalar, əmək haqları ildən-ilə qaldırılır. Hazırda Ölkə üzrə pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir.
Regionlarda işlər çox uğurla gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.
Tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər vardır. İl ərzində 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir. Bu proses həm Bakıda, həm də bölgələrdə geniş vüsət almışdır.
Keçən rübdə idmançılarımız bizi sevindirdilər. Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında çox böyük nəticələr göstərmişdir. Olimpiyaçılarımız dünya miqyasında 30-cu yerə çata bilmişlər. Medalların sayına görə 24-cü, keyfiyyətinə görə 30-cu yerdədirlər. Avropa ölkələri arasında 15-ci, İslam ölkələri arasında 3-cü yerdədirlər. On medal qazanmışıq, ikisi qızıl, ikisi gümüş, altısı bürünc. Böyük tarixi qələbədir. Paralimpiyaçılarımız 27-ci yerə çata bilmişlər. onlar 12 medal qazanmışlar ki, onun da 4-ü qızıldır.Bu bizi sevindirir, fərəhləndirir, həm də ki, ölkəmizin qüdrətini, gənclərimizin potensialını göstərir. Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir.

Bir sözlə, keçən rüb və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olmuşdur. Beynəlxalq arenada böyük uğurlar əldə edilmişdir.
Nümayəndələrimiz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdirir. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Dünyada 200-dən bir qədər çox ölkə vardır ki, bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür.
Yekun nitqində Azərbaycan Prezidenti cənab İlham Əliyev Ölkədə iri miqyaslı layihələrin bundan sonar da uğurla icra ediləcəyini vurğuladı və qarşıda duran məsələlərdən danışdı. Qeyd etdi ki, Dövlət İnvestisiya Proqramının icrası ilin sonuna kimi yekunlaşacaq, makroiqtisadi vəziyyət sabit saxlanacaq, məcburi köçkünlərin yerləşdirilməsi prosesi davam edəcək, yeni uşaq bağçaları tikiləcək, qazlaşdırma, içməli su layihələri icra ediləcək, magistral yollar, şəhərlərarası yollar və kənd yolları tikiləcək, elektrik xətlərinin çəkilişi davam edəcək, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanacaq, İri fermer təsərrüfatlarının yaradılması davam edəcək, böyük potensiala malik olan sənaye müəssisələri yaradılacaq, Bakı şəhəri və onun qəsəbələrinin inkişaf proqramı icra ediləcəkdir.
Qələbələrimiz ermənistanın faciəsidir və hər bir uğurumuz onların məyusluğudur deyimi ilə çıxışını yekunlaşdıran Ölkə Prezidenti cənab İlham Əliyev sonda qeyd etdi ki, bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır.

Hesabat dövründə Respublikanın 55 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 66800 nəfər rayon əhalisinin gündəlik qayğı və problemləri daim diqqətdə saxlanmışdır. Bu məqsədlə sıx məskunlaşma yerlərində rayon əhalisi ilə vaxtaşırı səyyar görüşlər keçirilmiş, onların qaldırdığı məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.
30 faizə yaxın əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə və ayrı- ayrı məskunlaşma rayonlarında məcburi köçkünlərimizə göstərilən doğma münasibət sayəsində soydaşlarımızın əksəriyyəti iqtisadiyyatın müxtəlif sahələrində işgüzar fəaliyyətə cəlb olunmuş, ailə dolanışıqlarını öz əməkləri hesabına maliyyələşdirməyə çalışmışlar. Bunun nəticəsidir ki, cari ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi keçən ilin eyni dövrünə nisbətən 9.1 faiz artaraq 8063 min manata, o cümlədən kənd təsərrüfatı məhsullarının həcmi 7.6 faiz artaraq 7556 min manata çatmış, sənayedə 392.7 min manatlıq, nəqliyyatda 5.7 min manatlıq, rabitədə 44.5 min manatlıq, ticarətdə isə 64.1 min manatlıq məhsul buraxılışı olmuşdur.
Bu müddətdə əhalinin gəlirləri 12 faiz artaraq 57 milyon 691 min manat, xərcləri 58 milyon 262 min manat, göstərilən pullu xidmətlər 6 milyon 809 min manat olmuş,, adambaşına düşən illik gəlir 10.5 faiz artaraq 863.6 manata, orta aylıq əmək haqqı isə 223 manata bərabər olmuşdur.
Bununla belə o da qeyd edilməlidir ki, ötən ilin eyni dövrü ilə müqayisədə rayon üzrə təbi artım 669 nəfər, miqrasiya artımı 188 nəfər, vəfat edənlərin sayı isə 25 faiz azalsa da, bu dövr ərzində nikah bağlayanların sayı 3 faiz, doğulanların sayı 2 faiz azalmışdır ki, bu da narahatedici haldır.
Bu ilin may ayından başlayaraq torpaqlarımızın erməni hərbi birləşmələrinin hücumundan müdafiə edərkən həlak olmuş Cəbrayıl şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonu ərazisindəki 3 - 4 saylı qəsəbə arasında şəhid abidə kompleksinin tikintisinə başlanmış və 5 avqust tarixdə tikinti əsasən başa çatdırılmışdır. Qısa vaxt ərzində tikilmiş bu kompleksdə 5000 kub.metr torpaq sahəsində hamarlama işi, 2000 kub.metr qrabil, 120 kub metr beton işi görülmüş, 1500 kv.m aqlay döşənmiş, 160 kv.m ağ mərmər, 110 kv.m qara mərmər üzlük vurulmuş, 400 kv.m hörgü işi, 6 ton armokarkaz işi, 1200 kv.m soyuq asfalt döşəmə, 2000 paqnnumetr su və elektrik mühafizə xətti və 800 kv.m isə çınqıl asfalt yol çəkilmişdir.
Məhz rayonun işğalından keçən 19 il ərzində rayon şəhidlərinin hamılıqla toplandığı belə bir istinad yeri olmadığından hər il 23 avqust işğal gününü 50-yə yaxın şəhidimizin dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Bahar qəbiristanlığında və Cərcis Peyğənbər ziyarətgahında keçirməli olurduq. Bu anım tədbirində şəhid ailələrimizin hamısı öz şəhidlərini ziyarət edə bilmədiyindən haqlı olaraq narazı qalırdılar.
Əvvəlki illərdən fərqli olaraq bu il “23 avqust” işğal gününü 392 şəhidimizin qara mərmər lövhədə əksi həkk olunmuş bu abidə kompleksinin önündə qeyd etdik. Tədbirə yaxın və ucqar bölgələrdən şəhid ailələrinin üzvləri, qohumları ilə yanaşı, rayondan olan ziyalılar, elm adamları, ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr, əlaqədar Respublika təşkilatların məsul işçiləri gəlmişdir. Xüsusi izdihamı ilə fərqlənən bu tədbirdə şəhidlərin yaxınları və eləcə də bütün iştirakçılar kövrək hislər yaşamış, şəhidlərimizin narahat ruhunun rahatlıq tapması üçün Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsinin vacibliyini vurğulamışlar.
Məlumat üçün bildirim ki, hazırda Şəhidlər abidə kompleksinin ətrafının abadlaşdırılması istiqamətində iş davam etdirilir. Başlıca məqsədimiz icra hakimiyyətinin inzibati binası ilə şəhidlər abidə kompleksi arasında, oradan isə ulu öndər Heydər Əliyev adına parkla 4 saylı qəsəbənin başlanğıcındakı qonaq evi arasında olan səkini tikmək və ərazidə yaşıllıq zolağı salmaqdır.
Bundan əlavə onu da deyim ki, apardığımız işgüzar söhbətlərin nəticəsi olaraq Parkın sağ tərəfində olan boş sahədə çoxdandır ki, arzusunda olduğumuz “Gənclər Mərkəzi”nin tikilməsi artıq reallaşmaq üzrədir. Gələn il bu vacib obyektin tikilməsi gözlənilir.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004 - cü il tarixli 298 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramı və həmin Proqrama 31 oktyabr 2007-ci il tarixli və 21 fevral 2011-ci il tarixli Sərəncamla təsdiq edilmiş Əlavələrdə rayonla bağlı nəzərdə tutulmuş tədbirlərin icrası daim diqqətdə saxlanmış, müəyyən edilmiş müddətdən icrası gecikən bir sıra tədbirlərin tezləşdirilməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılmışdır.
Dövlət Proqramında və ona təsdiq edilmiş əlavələrdə rayon üzrə nəzərdə tutulan cəmi 41 tədbirdən hazırda 11-i icra edilib, 17-i icra olunur, 6-sının icrası gecikir, 4-ü isə ehtiyac olmadığından icra olunmur.
Dövlət Proqramında məcburi köçkünlərin əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün Əzizbəyov kanalı üzərində 3-cü elektrik nasos stansiyasının quraşdırılması Dövlət Proqramında 2012-ci ilin sonuna kimi nəzərdə tutulsa da hazırkı vəziyyət onu göstərir ki, proqramın icrası 2013-cü ilə kimi uzanacaq məsələ ilə bağlı bir neçə dəfə Meliorasiya və Su Təsərrüfatı ASC-yə məktubla müraciət edilmişdir. Lakin tədbirin icrası hələlik uzanır.
Saatlıdakı Əlisoltanlı, Sabirabaddakı Şəhriyar və Güdəcühür fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkün ailələrinə yeni qəsəbələrin salınması üçün torpaq sahəsi ayrılması ilə əlaqədar müraciətimiz əsasında “Dövlətqaçqınkom”un məsul nümayəndələri yerdə məsələni araşdırmış və köçkünlərin istəyinə uyğun münasib torpaq sahəsinin ayrılması artıq hər iki rayonun rəhbərləri ilə razılaşdırılmış, tikinti işlərinə 2013-cü ildə başlanılması nəzərdə tutulub. Abşeron rayonu ərazisindəki hərbi hissədə məskunlaşmış ailələrə ev tikilməsi üçün torpaq ayrılıb və işə başlanıb, maliyyə vəsaiti ayrıldıqca digər hərbi hissələrdə və məktəb binalarında qalan ailələrin mərhələlərlə köçürülməsi istiqamətində Dövlətqaçqınkom hazırlıq işləri aparır.
01 oktyabr 2012 –ci il vəziyyətinə rayon üzrə Əmək qabiliyyətli əhalinin sayı 44413 nəfər, İqtisadi fəal əhali 28355 nəfər, Ondan məşğul olanlar 23850 nəfər, İşsizlər isə 4505 nəfər (15.8%) təşkil etmişdir.
2012 ci ilin 9 ayında rayon Məşğulluq Mərkəzində 1563 nəfər işaxtaran kimi qeydə alınmış, ondan 216 nəfəri cari ilin 9 ayında qeydə alınmışdır. Hesabat dövründə 34 nəfərə işsizlik statusu verilmiş, 66 nəfərə(32 nəfərə təkrar) müavinət təyin edilmişdir. Mərkəz xətti ilə ilin əvvəlindən indiyə kimi 35 nəfər işə düzəlmişdir. Ümumilikdə rayon üzrə 1599, o cümlədən 9 ayda 286 iş yeri açılmışdır.
Əhalimizin sıx yaşadığı və birbaşa rayonun xidmət ərazisi olan qəsəbələrdə əmək qabiliyyətli əhalimizin məşğuliyyət yeri, qəsəbə ətrafında onlar üçün ayrılmış pay torpağı, həyətyanı sahəsi, yaratdığı fərdi xidmət obyekti və ən əsası isə qəsəbələrin yaxınlığında fəaliyyət göstərən “Azərsun Holdinq”in Biləsuvar şöbəsidir. Bu bir reallıqdır ki, Holdinqin ərazidəki şöbəsində mövsümün qızğın vaxtlarında 2 minə yaxın qəsəbə sakini daimi və mövsümi işlərdə çalışır. Lakin İmişli, Biləsuvar rayonlarında və qəsəbələrdə işçi qüvvəsinin çoxluğu bəzən işləmək istəyində olanların hamılıqla işlə təminatına müəyyən problem yaradır. Belə ki, qəsəbələrdən Azərsun şirkətində işləmək üçün İcra hakimiyyətinə mürüciət edən çoxsaylı sakinlərimizin dediklərindən və araşdırmalarımızdan görünür ki, bir çox halda burada çalışan iş icraçıları qəsəbələrdən işə gələnləri bəzən məqsədli geri qaytarır, müxtəlif bəhanələrlə onlara mane olmağa çalışırlar.
Lakin bununla belə o da məlum olmuşdur ki, qəsəbələrdən bura işə gedənlər arasında intizamsızlıq edən, tapşırılmış işi icra etməkdən boyun qaçıranlar da az deyildir. Bunun qarşısını almaq üçün Şirkətin əməkdaşları ilə daim əlaqədə olmalı, hər hansı müraciətin nə dərəcədə əsaslı və ya əsassız olduğu tam araşdırılmalıdır.
Bunun üçün də xüsusən də mövsümü işlərin azaldığı indiki dövrdə Aparatın aqrar məsələləri şöbəsinin və Məşğulluq Mərkəzinin işçiləri tez-tez Şirkətdə olmalı və burada baş verən hadisələri obyektiv izləməlidirlər. Çalışmalıdırlar ki, qəsəbələrdə yaşayan əhali burada daha çox mövsümü işlərə cəlb edilsin.
2012-ci ilin 9 ayında Rayon büdcəsinin gəlir və xərclərin icrası mədaxil üzrə 8077 min manat proqnoza qarşı 8903 min manat və ya 110.2 faiz, məxaric üzrə 8492 min manat proqnoza qarşı 7846 min manat və ya 92.4 faiz yerinə yetirilmişdir. Mədaxilin 7983 min manatı Maliyə Nazirliyindən verilən dotasiya, 920 min manatı isə yerli gəlirlərdən daxil olmuşdur. 9 ayda yerli gəlirlər 672 min manat proqnoza qarşı 920 min manat və ya 136.9% yerinə yetirilmişdir.
01 oktyabr 2012-ci il vəziyyətə DSMF Cəbrayıl rayon şöbəsi tərəfindən 3352 nəfərə yaşa, 4552 nəfərə əlilliyə və 245 nəfərə isə ailə başçısını itirməyə görə pensiya verilir. Ümumilikdə cari ilin 9 ayında rayon şöbəsi üzrə qeydiyyatda olan 8149 nəfər pensiya və müavinətçiyə cəmi 10 milyon 293.1 min manat vəsait vermişdir.
DSMF rayon şöbəsinin hesabına 10524 min manat vəsait toplanmışdır ki, bunun da 1 milyon 687.4 min manatı Şöbə tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqqı, 8836 min manatı isə Respublika DSMF-dan daxil olmuşdur.
ƏSMM Cəbrayıl rayon şöbəsi xidmətində olan ümumilikdə 2879 nəfərə o, cümlədən əlilliyə görə 2103 nəfərə, qocalığa görə 5 nəfərə, ailə başçısını itirməyə görə 94 nəfərə, 432 nəfər müharibə veteranına, 245 nəfər təqaüdçüyə və birdəfəlik müavinət alanlara ümumilikdə 6 ayda 1 milyon 428 manat müavinət, 246 ailədə birləşmiş 1204 nəfərə isə 441 min manat ünvanlı sosial yardım vermişdir ki, bu da Mərkəz üzrə 1 milyon 869 min manat təşkil edir. Hər ailəyə ayda ödənilən ünvanlı sosial yardım orta hesabla 104 manat olmuşdur. Əhalinin aztəminatlı, xəstə və qoca insanları ilə daha çox təmasda olan hər iki Şöbənin rəhbərləri və xidmət heyəti fəaliyyətlərində səmimi və qayğıkeş olmalı, müraciət edən hər kəsə yüksək diqqət göstərməlidirlər.
Bu müddətdə Rayon İcra hakimiyyətinin Xeyriyyə fondundan 61040 manat vəsait xərc edilmişdir ki, ondan da 1800 manat Xudafərin rayon qəzetinin çap edilməsi xərclərinə, 4100 manatı mədəni kütləvi tədbirlərə, 55140 manat isə şəhid ailələrinə, Qarabağ əlillərinə və aztəminatlı ailələrə maddi yardım olaraq verilmişdir.
Hesabat dövrü ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfəri, orada keçirilən Beynəlxalq tədbirlərdə iştirakı, Dövlət və hökumət başçıları ilə işgüzar görüşləri təbliğat qruplarının üzvləri tərəfindən əhali arasında geniş təbliğ edilmiş, Respublikanın regionlarına etdiyi çoxsaylı səfəri zamanı keçirdiyi səmərəli görüşlərdə söhbət açdığı fikirlər və tövsiyələr əsaslı faktlarla əhalinin diqqətinə çatdırılmışdır. Təbliğat xarakterli keçirilmiş 299 belə tədbirdə ümumilikdə 20916 nəfər rayon sakini iştirak etmişdir.
9 ayda rayon səviyyəsində xeyli sayda mədəni-kütləvi tədbir keçirilmişdir. Yeni il, 02 fevral “Gənclər günü”, 08 mart “Beynəlxalq qadınlar günü”, 20 mart Novruz bayramı, 9 may Alman Faşizmi üzərində qələbə günü, 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü, 15 may “Beynəlxalq Ailə günü”, 28 may Respublika günü, 1 iyun” Uşaqların Müdafiə günü”, 15 iyun “Qurtuluş günü”, 26 iyun Silahlı Qüvvələrin yaranması günü, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümü, 12 avqust “Beynəlxalq Gənclər günü”, rayonun ümumtəhsil məktəbləri üzrə yüksək bal toplayaraq Respublikanın ali məktəblərinə qəbul olunan məzunlarla görüş, 15 sentyabr “bilik günü” münasibəti ilə, 21 sentyabr “Sülh günü” ilə əlaqədar bayram tədbirləri keçirilmiş, 20 Yanvar-milli hüzn günü, 26 fevral ”Xocalı soyqırımı” və 31 mart Azərbaycanlıların soyqırımı günü, rayonun erməni təcavüzkarları tərəfindən işğal edilməsinin 19-cu ildönümü günü qeyd edilmişdir.

Hörmətli toplantı iştirakçılar!
Sizə də məlum olduğu kimi Cənab Prezident bölgələrə səfəri çərçivəsində oktyabr ayının 7 – də Tərtərdə inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak etdikdən və Mərkəzlə tanışlıqdan sonra burada bölgə gənclərinin nümayəndələri ilə görüş keçirmişdir.
Görüşdə Ölkə başçısı Azərbaycanda Gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin uğurla davam etdirildiyini bildirdi. Qeyd etmişdir ki, dünyada qloballaşma adı altında baş verən xoşagəlməz meyllərin qarşısını almaq üçün ilk növbədə milli mənəvi dəyərlər ön plana çıxmalı, öz vətəninə bağlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənc nəslin yetişməsinə təkan verilməlidir və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırdı. Azərbaycan Prezidenti gənclərlə dialoqda həmçinin ölkəmizin işgüzar nüfuzuna xələl gətirən korrupsiya ilə mübarizə, gənclərin sosial şəbəkələrdən səmərəli formada istifadə edilməsi məsələlərinə də toxundu.
Bildirdi ki, korrupsiya deyilən bu qlobal problemə qarşı inzibati mübarizə ilə bərabər onu tamamilə mümkünsüz etmək üçün yeni üsullar – Elektron hökumət, yeni sistemlərin tətbiqi və eləcə də “Asan” xidmət mexanizmi yaradılır. Bütün bunlar korrupsiyanın qarşısının alınmasına xidmət edən amillərdir.
Dünyada yeni bir anlayış olan sosial şəbəkədən istifadəyə gəlincə isə Cənab Prezident müasir gənclərə tövsiyə etmişdir ki, ölkəmiz haqqında dolğun məlumatların bu şəbəkələr vasitəsi ilə dünyaya çatdırılması istiqamətində fəal mövqe nümayiş etdirsinlər.
Məlumat verim ki, gənclərə Dövlət səviyyəsində göstərilən diqqət və qayğının fonunda rayondan olan gənclərin ictimai-siyasi həyatımızda fəal iştirakına şərait yaradılır, onların intellektual fəaliyyətlə, müxtəlif idman növləri ilə məşğul olmalarına imkan daxilində lazımi dəstək verilir. Bu məqsədlə Beynəlxalq humanitar təşkilatların, onların yaratdıqları yerli qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının layihələri əsasında bilavasitə xidmət ərazimiz olan 11 qəsəbədə məskunlaşmış yeniyetmə və gənclərin idmanla məşğul olması üçün qəsəbə məktəblərində qapalı və açıq idman meydançaları, 1 və 4 saylı qəsəbə ərazisində futbol meydançaları təşkil olunmuş, Dünya Bankının Yaponiya Sosial – İnkişaf Fondunun maliyyələşdirdiyi “məcburi köçkün gənclərin dəstəklənməsi” layihəsi çərçivəsində 3, 6, 8, 10, 11 saylı qəsəbələrdəki klublarda kompüter mərkəzləri yaradılmış və həftənin iş günlərində həmin mərkəzlərə gündə 150 nəfərdən çox gənc oğlan və qız gələrək kompüter öyrənir, bilgilərini artırırlar.
Sevindirici haldır ki, rayondan olan gənclərimiz qəsəbələrdə kütləvi olaraq müxtəlif idman növləri ilə məşğul olur, Respublikada, eləcə də kənar ölkələrdə keçirilən beynəlxalq və dünya yarışlarında fəal iştirak edir, yüksək yer qazanaraq medallarla təltif olunurlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə yüksək təhsilin, təlim-tərbiyyə işinin mahiyyətcə yenidən qurulması tələbini mühüm vəzifə kimi irəli sürmüşdür. Məhz bu gün yüksək təhsilli mütəxəssislərin hazırlanması cənab Prezidentin dövlət siyasətində prioritet istiqamətlərindən biridir. Məhz Ölkə prezidentinin diqqət və qayğısı sayəsində Təhsil Nazirliyi tərəfindən məktəblərimizin 1-11-ci siniflərinə 40 min 174 manat dəyərində 17 min 570 ədəd dərs vəsaiti, Dövlətqaçqınkom tərəfindən isə 26 min 450 manat dəyərində 1183 ədəd məktəbli paltarı paylanmış və hər ildə olduğu kimi Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Millət vəkili Mehriban Xanım Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən 2012-2013- cü dərs tədris ilində məktəbə gedəcək birinci sinif şagirdləri üçün pulsuz 820 ədəd məktəbli çantası, 18 adda isə məktəbli ləvazimatı hədiyyə olaraq verilmişdir.
Rayon İcra hakimiyyəti rayonda təhsilin səviyyəsini yüksəltmək üçün bu sahəni daim diqqətdə saxlamış, imkan daxilində ümumtəhsil məktəblərində tədris şəraitinin yaxşılaşdırılması, təlim – tərbiyənin yüksəldilməsi üçün müəyyən tədbirlər həyata keçirmişdir.
Belə ki, hər il bir qayda olaraq səylərimiz nəticəsində əsaslı təmirə, yenidən qurulmasına ehtiyac olan ümumtəhsil məktəblərimiz “Dövlətqaçqınkom”un, Təhsil Nazirliyinin və digər aidiyyəti Respublika təşkilatlarının köməyi ilə əsaslı təmir edilmiş və ya yenidən qurulmuşdur. Belə ki, 2004-cü ildən bu günə kimi rayonun 5 saylı, Süleymanlı kənd, Sirik kənd orta və 21 saylı əsas məktəbləri üçün yeni bina tikilmiş, 1 saylı orta, Cocuq Mərcanlı kənd, Cəmil Əhmədov adına şəhər, 6 saylı tam orta məktəblərində isə əsaslı təmir və yenidənqurma işləri görülmüşdür.
Bu ilin sentyabrın 15-ə kimi rayonun Şahvəlli, Çullu, Minbaşılı, Yuxarı Mərcanlı, Çərəkən. 6.8,25 saylı tam otra və 22 saylı ümumi orta məktəblərində cari təmir işləri görülmüşdür
2012-2013-cü tədris ilində isə 25 saylı, Şahvəlli kənd, Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəblərini əsaslı təmir edilməsi, Hovuslu kənd orta məktəbinin isə yenidən tikilməsi qarşıya məqsəd qoyulmuşdur.
Eyni zamanda istilik sisteminin olmaması səbəbindən qış aylarında məktəblərdə uşaqların soyuq şəraitdə dərs keçmələri həmişə bizi çox narahat edir. Xüsusən də 2011-2012 ci tədris ilində havaların soyuq keçməsi 2003-cü ildə istifadəyə verilmiş, istilik sistemi olmayan 1-6 saylı qəsəbələrdəki orta məktəblərdə tədrisin aparılmasına və uşaq bağçalarında uşaqların saxlanmasına müəyyən problemlər yaratdı. Belə ki, məktəb və bağçalarda kifayət qədər elektrik qızdırıcıları və yanacaqla işləyən keroqazlar qoyulsa da normal istilik yaradılması mümkün olmadı və bu səbəbdən də məcburiyyət qarşısında məktəbləri bir neçə dəfə qeyri-müəyyən müddətə bağlamalı olduq.
Bu problemin bu il də yaşanmaması üçün Azərbaycan Respublikası Baş Nazirin müavini Qaçqınların və Məcburi köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənova məktubla müraciət edərək köməklik göstərilməsini xahiş etdim. Sonra isə Baş Nazirin bu sahə üzrə müavini cənab Abid Şərifovun qəbulunda oldum, və məsələnin həll edilməsinin vacibliyini çatdırdıqdan dərhal sonra 14 avqust 2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216s saylı Sərəncamı ilə 6 qəsəbədə fəaliyyətdə olan 198 şagird yerlik 6 məktəbdə və 50 yerlik 6 uşaq bağçasında günəş enerjisi ilə işləyən istilik sistemlərinin yaradılması, binadaxili istilik sistemlərinin quraşdırılması və istilik itgilərinin azaldılması üçün layihə sənədlərinin hazırlanması, zəruri təmir, yenidənqurma və tikinti işlərinin aparılması Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə tapşırılmışdır. Hazırda məktəblərdə və paralel olaraq uşaq bağçalarında bu istiqamətdə işlər görülür.
Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2012-ci ildə orta məktəbin 11-ci sinfini bitirmiş 444 məzundan 90.1 faizi və ya 400 nəfəri müvəffəq qiymətlər alaraq attestat almışdır. Bu il ali məktəblərə 293 nəfər sənəd vermişdir ki onlardan da 241 bu il, 52-i isə ötən il qurtaranlardı. Ümumilikdə ali və orta ixtisas məktəblərinə 236 məzun qəbul olmuş, onlardan 168-i və ya 53.9 faizi ali, 68 isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Rayon üzrə ali və orta ixtisas məktəblərinə qəbul olma faizi 70.6 faiz təşkil etmişdir. Bu il ali məktəblərə qəbul olunan 168 məzundan 44- ü 400-700 bal, onlardan 6 nəfəri isə 6 yüzdən çox bal toplamışdır.
Lakin görülmüş müsbət işlərlə yanaşı hələ də rayonun ümumtəhsil məktəblərində kompüterlərin sayının az olması ciddi narahatçılıq doğurur. Hazırda məktəblərimizdə cəmi 178 kompüter vardır ki, bu da hər 46 şagirdə bir kompüter düşür. Bu Respublika göstəricisindən xeyli aşağıdır.
Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsi, rayon Təhsil şöbəsi ilə birgə məktəblərdə tədrisin və təlim-tərbiyənin keyfiyyətini yüksəltmək üçün əsaslı iş aparmalı, təhsilin maddi-texniki bazasının yüksəldilməsi, xüsusən də məktəblərdə kompüterlərin sayının artırılmasına təşəbbüs göstərməlidirlər.
Cari ilin 9 ayında müddətində Rayon Səhiyyə müəssisələri tərəfindən profilaktiki və müalicə tədbirləri davam etdirilmişdir.
Bu dövrdə müalicə müəssisələrimiz tərəfindən 41696 nəfər abulator qəbul edilmiş, çağırışa əsasən 6110 dəfə evlərə həkim göndərilmişdir. Altı ayda ümumilikdə qeydiyyatda olan 1313 xəstəyə 42236 manatlıq o, cümlədən 687 nəfər imtiyazlı xəstələrə xüsusi reseptlər əsasında 33733 manatlıq dərman preparatları verilmişdir. 9 ay ərzində çarpayı günü 5757 gün təşkil etmişdir ki, bu da çarpayı planının 64.1 faiz yerinə yetirilməsi deməkdir.
Bu ilin 9 ayında Bakı şəhərinin müxtəlif klinikalarına müayinə və müalicə üçün 312 xəstə göndərilmişdir.
Rayonun tibb müəssisələrində xidmətin səviyyəsi bir qədər yaxşılaşsa da əvvəlki dövrlərdə olduğu kimi yenə də ixtisaslı həkim kadrların çatışmamağı ciddi problem olaraq qalmaqdadır. Təəssüflər olsun ki, Universiteti bitirən tibb ixtisaslı gənc həkimlər hələ də rayon xəstəxanasına işləmək üçün könüllü olaraq gəlmək istəmir, təyinatla göndərilən həkimlərin isə əksəri bir müddətdən sonra yaşadıqları şəhər və rayonlara qayıdırlar. Buna görə də rayonda bu ilin 9 ayına olan məlumata görə 9 həkim vakant yeri var. Məhz bu səbəbdən də bəzi qəsəbələrdə fəaliyyət göstərən feldşer mama məntəqələrində və tibb məntəqələrində ixtisaslı həkim olmadığından əhaliyə normal tibbi xidmət göstərilmir. Odur ki, rayon Mərkəzi Xəstəxana Birləşməsinin rəhbərliyi qəsəbələrdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin tibbi kadrlarla komplektləşməsi üçün Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırmalı, təyinatla göndərilmiş ixtisaslı həkimlərin qəsəbələrdə qalıb işləməsinə lazım olan şəraiti yaratmalıdır.
Müşavirədə qeyd olundu ki, cari ilin 9 ayında kənd təsərrüfatında 6.3 faiz artıma nail olunmuşdur ki, bu mövcud şərait üçün məqbul göstəricidir. Diqqəti çəkən odur ki, artıq aqrar sektorda dinamik inkişaf təmin olunur. Ölkə prezidenti tərəfindən aqrar sahəyə göstərilən diqqət və maliyyə dəstəyinin nəticəsidir ki, əhalinin taxıla və heyvandarlıq məhsullarına tələbatının xeyli hissəsi daxili istehsal hesabına ödənilir. Ölkəmiz artıq meyvə, tərəvəz və bostan bitkilərinin ixracatçısı kimi regionda özünə dayanıqlı mövqe tutmuşdur. Ümumi daxili məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi xeyli yüksəlmişdir. Göstərilən müsbət dinamika rayonumuzda da özünü göstərməkdədir. Cari ilin 9 ayının yekunlarına görə kənd təsərrüfatının bütün sahələrində ötən ilin eyni dövrü ilə müqayisədə müsbət irəliləyişə nail olunmuşdur. Cari ilin məhsulu üçün əkilmiş 2350 hektar taxıl, 25 hektar kartof, 42 hektar bostan-tərəvəz sahələrində məhsul yığımı başa çatdırılmışdır. Sahələrdən 6892 ton taxıl ,415 ton kartof, 557 ton tərəvəz, 76 ton bostan məhsulu toplanmışdır. Qarğıdalı və şəkər çuğunduru sahələrində yığım davam etdirilir. Ötən illə müqayisədə 133 ton taxıl, 2 ton kartof, 17 ton tərəvəz, 19 ton bostan məhsulu çox istehsal edilmişdir. Məhsuldarlıq göstəriciləri də müvafiq olaraq artmışdır.
Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə 870 hektarda yonca, 68 hektarda təkrar qarğıdalı əkilmişdir. İlkin məlumatlara əsasən sahələrdən 6 min tondan çox ququ yonca otu toplanmışdır.
Rayon Suvarma Sistemləri idarəsi tərəfindən əkinlərin suvarma suyu ilə fasiləsiz təmin edilməsi məqsədi ilə mövcud 3 nasos stansiyasında aqreqatlar, 31 hidrotexniki qurğunun işlək hissələri keyfiyyətlə təmin edilmiş, 29 km təsərrüfatlararası suvarma kanalı və 2.7 km suyığıcı kanal lildən təmizlənmişdir. Cari ilin əvvəlindən rayon suvarma sistemləri idarəsi tərəfindən 2635 min kubmetr su vurulmuş, artan yekunla 15286 hektar sahə suvarılmışdır. Hazırda payızlıq taxıl və yonca əkini sahələrində suvarma davam etdirilir.
Cari ilin 9 ayında rayon üzrə heyvandarlıqda da 3.5 faiz artım olmuşdur. 01 oktyabr 2012-ci il tarixə rayon üzrə iribuynuzluların sayı 9810 başı, xırda buynuzluların sayı 108711 başı, quşların sayı 89250 başı ötmüşdür. Qaramalın sayında 3.9 faiz, davarlarda 3 faiz, quşçuluqda 7.5 faiz artım əldə edilmişdir. Hesabat dövründə ət istehsalı kəsilmiş çəkidə 550 ton, süd istehsalı 4130 ton, yun istehsalı isə 120 ton olmuşdur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 9.7 faiz, süd istehsalı 3.8 faiz, yun istehsalı isə 1.4 faiz artıqdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Cari ildən başlayaraq 3 nəfər mütəxəssisimiz respublika süni mayalanma mərkəzində təlim kurslarından keçərək xüsusi sertifikat almış, onlara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi avadanlıqlar və ilkin olaraq süni mayalanma aparmaq üçün yüksək məhsuldar cins toxum verilmişdir. Cari ilin 9 ayında 228 baş inək süni mayalandırılmışdır ki, bu da proqnozdan xeyli çoxdur. Mal-qara saxlayan fermer və fərdi istehsalçılarda aparılan müntəzəm təbliğat izahat işlərindən sonra bu sahəyə maraq xeyli artmışdır. Mal-qar arasında epizodik duruma rayon Baytarlıq idarəsi tərəfindən müntəzəm nəzarət edilir. Əhali tərəfindən daxil olan müraciətlər sahə baytar həkimləri tərəfindən nəzarətə götürülür və yenidən həll edilir.
Qarşıda duran əsas məqsəd əkinçilərdə aqrotexniki tələbləri davam etdirmək məhsul istehsalına və yığımına nəzarəti və əməli köməkliyi həyata keçirməkdir. Sahələrə baxış onu deməyə əsas verir ki, aqrar sahədə bu ildə də məhsul istehsalında dinamik artıma nail olunacaqdır.
Bunun üçün aidiyyəti idarə və müəssisə rəhbərləri və mütəxəssislərinin fəaliyyətinə nəzarət olunur.
“Ekologiya ili” çərçivəsində rayonun tədbirlər planına uyğun olaraq yol kənarlarında, qəsəbələr daxilində ağacların əkilməsi, müxtəlif yerlərdə yaşıllıqların salınması davam etdirilmişdir. Cari ilin altı ayında yol kənarlarında və “Şəhidlər” Abidə kompleksinin həyətində 250-dən çox ağac və dekorativ gül əkilmiş, 450 kv.m sahədə yaşıllıq salınmışdır. Ümumilikdə 2009-2012-ci illərdə qəsəbələrdə məskunlaşmış ailələrin həyətyanı sahələrində əkilmiş meyvə ağacları da daxil olmaqla 201.2 min ədəddən çox ağac əkilmişdir. Cari ilin payızında da ağac əkininin daha da genişləndirilməsi üçün hazırlıq tədbirləri görülür.
Hazırda əsas məqsəd payızlıq taxıl əkinin qısa müddətdə başa çatdırmaq, əkilən taxıl sahəsinin suvarılmasını təşkil etmək, dənlik qarğıdalı və şəkər çuğunduru sahələrində məhsul yığımını təmin etmək, mal-qara arasında epizodik vəziyyəti nəzarətdə saxlamaq və heyvandarlıqda qışlamaya hazırlıqla bağlı əhali arasında izahat işləri aparmaqdır.
Odur ki, göstərilən tədbirləri həyata keçirmək üçün aqrar sektora daxil olan struktur bölmələrinin rəhbər və mütəxəssisləri daha da məsuliyyətli olmalıdırlar.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və Yerli özünüidarəetmə Orqanları iş şöbəsinin təşəbüsü ilə yaradılmış Regionların İnkişafının Analitik İnformasiya Sistemi (RİAİS) artıq 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamış və ötən illər ərzində daim təkmilləşdirilərək yeni mərhələyə çatdırılmış, etibarlı məlumat bazası kimi özünü doğrultmuşdur. Bildiyiniz kimi burada cəmlənmiş ayrı-ayrı sahələri əhatə edən məlumatlar ayın, rübün və ilin yekununda sahə rəhbərlərinin iştirakı ilə vaxtaşırı təhlil edilir, müsbət və mənfi dinamika izlənir, yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ iş aparılır. Yaxan vaxtlarda 2003-2011-ci illər üçün RİAİS-ə ötürülmüş məlumatlar müqayisəli təhlil edilmiş və nöqsanları doğran obyektiv və subyektiv səbəblər aşağıdakı kimi araşdırılmışdır.
1.Rayon üzrə 2003-cü ildə cəmi 43 boşanma halı olmuş, artıq 2011 –ci ildə bu rəqəm 120-yə çatmışdır, illər üzrə nikah və boşanmaların təhlili onu göstərir ki, 2003-2008-ci illərdə rayon üzrə boşanmalar həmin ildəki nikahların 8-11 faizini təşkil edirdisə sonrakı illərdə yəni 2009-2011-ci illərdə bu rəqəm artıq 16-18 faiz təşkil edir. Boşanmaların artmasına səbəb rayon əhalisinin respublikanın müxtəlif bəlgələrində məskunlaşması və orda dərindən tanımadıqları digər rayonların sakinləri ilə nikaha daxil olmalarıdır. Məhz bu cür bağlanan nikahlarda sonradan boşanma halları daha çox olur.
2.2003-2011 –ci illərdə hər il rayonda doğulanların sayı ölənlərin sayını üstələmiş və təbbi artımda müsbət dinamika müşahidə olunmuşdur. Bu səbəbdəndə qeyd olunan illərdə rayon əhalisinin sayı ardıcıl olaraq artmışdır. Yalnız 2011-ci ildə doğuşların sayında nisbətən azalma müşahidə olunur və bunun səbəbi 2011-ci ilin sonunda valideynlərdən hər hansı biri məcburi köçkün olmayan uşaqlara dövlət tərəfindən verilən aylıq çörək pulu müavinətinin verilməməsi barədə qərarın qəbul olunması olmuşdur. Belə ki, bu kateqoriyadan olan valideynlər 2011-ci ilin sonlarında doğulmuş uşaqlarının adlarının çörək pulu müavinəti alanların siyahısına daxil edilməyəcəyini bilərək onların sənədlərini almağa tələsməmiş, vaxtında qeydiyyat şöbələrinə müraciət edib rəsmi sənəd almamışdır. Bu da Dövlət Statistika Komitəsinə təqdim oluna hesabatlarda həmin ildə rayon üzrə doğumun aşağı düşməsi ilə nəticələnmişdir.
3.Əvvəlki ilərdə rayonda qadınların sayı kişilərin sayına nisbətən üstünlük təşkil etsə də 2009-2011-ci illərdə 1-14 yaş qrupunda kişilərin sayının qadınların sayına nisbətən tədricən artması müşahidə olunur.
4. 2003-cü ildə İqtsadi fəal əhali 21695 nəfər, ondan məşğul olanlar 18250 nəfər, işsizlərin sayı 3445 nəfər və ya 15,9 faiz təşkil edirdisə 2011-ci ildə İqtsadi fəal əhali 28009 nəfər, ondan məşğul olanlar 23867 nəfər, işsizlərin sayı 4142 nəfər və ya 14,7 faiz təşkil etmişdir ki, bu da işsizlərin sayının 1,2 faiz azalması deməkdir.
5.2003-cü ildə rayonda fəaliyyət göstərən məktəblərin sayı 65, həmin məktəblərdə təhsil alan şagirdlərin sayı 9281 nəfər olduğu halda, 2011 ci ildə fəaliyyət göstərən məktəblərin sayı 47, orada təhsil alan şagirdlərin sayı isə 8340 nəfər olmuşdur. Rayon məktəblərinin və orada təhsil alan şagirdlərin sayının azalmasının səbəblərindən biri rayon əhalisinin Biləsuvar rayonu ərazisindəki qəsəbələrə və respublikanın digər şəhər və rayonlarına miqrasiyası ilə əlaqədar məktəblərin fəaliyyət göstərdikləri ərazilərdə məktəb yaşlı uşaqların sayının azlamasıdır. Digər bir səbəb məcburi köçkün uşaqların ərazisində məskunlaşdıqları yerli rayonların məktəblərində oxumalarına icazə verildiyi halda yerli rayonlardan olan uşaqların məcburi köçkün məktəblərində oxumalarına icazə verilməməsidir.
Rayonun Yeni Yasamal yaşayış massivində fəaliyyət göstərən Soltanlı kənd orta məktəbində istilik sistemi quraşdırılmış, Cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində 2003-cü ildə istifadəyə verilmiş 1-6 saylı qəsəbələrdə fəaliyyət göstərən məktəb və uşaq bağçalarında istilik sisteminin quraşdırılmasına başlanmışdır. Lakin Abşeron rayonu Mexkalon 23-də fəaliyyət göstərən Çullu kənd orta, Binəqədi rayonu Oksigen zavodunun həyətində fəaliyyət göstərən Şahvəlli kənd orta, Sulutəpədə fəaliyyət göstərən Daşkəsən kənd orta, Bayıl qəsəbəsində fəaliyyət göstərən 1 saylı orta, Sumqayıtda fəaliyyət göstərən 4 və 5 saylı orta məktəblərinin qızdırılması üçün istilik sistemi quraşdırılmamışdır. Bununla bağlı Nazirlər Kabinetinin, İqtisadi İnkişaf və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları yerdəki vəziyyəti öyrənmiş və hazırda proqram hazırlanır.
6. Rayonun səhiyyə müəssisələrində 2003-cü ildə 5, 2012-ci ilin birinci yarısının yekunlarınd vakant həkim yerlərinin sayı 9-a qalxmışdır. Rayon üzrə digər xəstəliklərdə artım müşahidə olunmaqdadır. Beləki diabet 2003-cü ildə 18, 2011-ci ildə 356, Hemofiliya 2003-cü ildə 6, 2011-ci ildə 26, yeni törəmələr 2003-cü ildə 9, 2011-ci ildə isə 27 olmuşdur.
7.2003 –cü ildə rayon icra hakimiyyətinə daxil olmuş cəmi 508 vətəndaş müraciətlərindən 330 yuxarı orqanlardan, 178-i və ya 35,4 faizi isə birbaşa vətəndaşlar tərəfindən icra hakimiyyətinə olan müraciətlər təşkil etmiş, 2011 ci ildə cəmi 1064 vətəndaş müraciətlərindən 380 yuxarı orqanlardan, 684-ü və ya 64,28 faizi birbaşa icra hakimiyyətinə olan vətəndaş müraciətləridir. Müraciətlərdə və İHB səyyar qəbullarında İmişli və Biləsuvar rayonlarının qəsəbələrlə həmsərhəd yaşayış məntəqələrinin qazlaşdırılması zamanı Cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış 11 11 qəsəbəyə maye qaz çəkilməsi, bu ərazidə salınmış 7,8,9,10 və 11 saylı qəsəbələrin daxili ara yollarının qumlanması barədə və digər məsələlər barədə söhbət gedir.
8.Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin proqrama təsdiq edilmiş əlavələrdə rayon cəmi 41 tədbir nəzərdə tutulmuş, ondan 11-i icra olunub, 17-si icra olunur, 6-nın icrası gecikir, 4-ü isə hələlik ehtiyac olmadığı üçün icra olunmur.
9.Respublikanın 55 şəhər və rayonunda məskunlaşmış 66,8 min rayon əhalisindən 30 faizi yeni tikilmiş qəsəbələrdə və fərdi yaşayış evlərində mənzillə təmin edilmişdir.
10.Əhalinin hər 1000 nəfərinə təbii artım 2005-ci ildə 14,2, 2008-ci ildə 10,0, 2011-ci ildə bu göstərici 4,1 olmuşdur.
11.Orta tibb işçilərinin sayı 2005-ci ildə 446, 2011-ci ildə isə 426 nəfər olmuşdur. Əhalinin hər 10000 nəfərinə düşən həkim və orta tibb işçilərinin sayı 2005-ci ildə müvafiq olaraq 13,6 və 67,2 olduğu halda, 2011-ci ildə isə bu göstəricilər müvafiq olaraq 12,8 və 57,4 təşkil etmişdir.
12. 2003-cü ildə təqaüdçülərin 6443 nəfəri əlil olduğu halda, bu rəqəm 2011-ci ildə 8104 nəfərə çatmışdır. Həmin dövrdə pensiyaçı əlillərin sayı 3076 –dan (ümumi pnsiyaçıların sayının 47,7%) 4393-dək (ümumi pensiyaçıların 54,2%) olmuşdur.
13. 01.07.2012-ci il tarixə Dövlət qulluğunun vəzifələrini tutmuş işçilər:
Cəmi 76, onlardan qadın 10, 30 yaşadək 10, 55-61 yaşadək 25, 62 yaş və yuxarı 7 nəfərdir.

Əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə məskunlaşmış əhaliyə göstərilən xidmətlər birbaşa rayona aid olduğunu nəzərə alaraq burada qəsəbə sakinlərini narahat edən bütün problemlərin həlli diqqət mərkəzində saxlanmışdır. Bildiyiniz kimi 2003-cü ildə istifadəyə verilmiş 2598 ailəlik 6 qəsəbədə son dövrlərdə qəsəbədaxili yolların dağılması və bu qəsəbələrdə içməli su xətlərinin çürüyərək sıradan çıxması nəticəsində əhalinin qəsəbə daxili gedi-gəlişində və içməli su ilə təminatında müəyyən çətinliklər yaranmışdır. Çoxlu maliyyə vəsaiti tələb edən hər iki layihə səylərimiz sayəsində əlaqədar Respublika təşkilatlarının yaxından köməkliyi ilə plana salındı və keçən il müsbət həllini tapdı. Azərsu ASC tərəfindən qəsəbələrə içməli su xidməti göstərən Sukanal idarəsinin rəhbərini yeni kadrla əvəzləməsi ümumilikdə bu sahədə əvvəllər tez-tez baş verən narazılıqları aradan qaldırmışdır.
Qəsəbələri birləşdirən 23 km asfalt yol rayon 54 saylı yol-istismarı idarəsi tərəfindən daim nəzarətdə saxlanmış, mütəmadi olaraq aparılan xidmət hesabına yol istifadə üçün hələlik yararlı vəziyyətdədir.
Kommunal xidməti həyata keçirən Mənzil İstismar sahəsinin rəhbərliyi qəsəbələrdə vaxtaşırı təmizlik işlərinin görülməsi, sakinlərin həyətlərindən zibil tullantılarının vaxtlı-vaxtında götürülməsi, qəsəbə daxili yol kənarlarının alaq otlarından təmizlənməsi kimi gündəlik işləri davam etdirməklə yanaşı, indiki halda qəsəbələrdə sakinlərimizi ən çox narahat edən qəzalı vəziyyətdə evlərin tezliklə təmir edilməsi istiqamətində səylərini bir daha artırmalıdır. Bu məqsədlə “Dövlərqaçqınkom”un Mənzil İstismar Departamenti qarşısında məsələ qaldırmalı və məsələnin müsbət həllinə nail olmalıdır.
Qəsəbələrin elektrik enerjisi ilə təminatında son dövrlərdə heç bir fasilənin olmaması müsbət hal olsa da, ayrı-ayrı sakinlərin elektrik enerjisindən israfçılıqla istifadə etməsi çox narahatedici məsələdir. Hesab edirik ki, aylıq limitdən artıq enerji məsrəf edən obonentlərdən pul ödənilməməyi israfçılığı daha da artırır. Eyni zamanda qəsəbələrə təyin edilmiş nümayəndələrimi, hər bir qəsəbə üzrə sahə rəisləri, eləcə də İmişli Yüksək Gərginlikli Elektrik Şəbəkənin qəsəbələrə xidmət göstərən Cəbrayıl (Aranlı) sahəsinin rəhbərliyi və sahə üzrə əməkdaşları əhali ilə lazımı səviyyədə maarifləndirici iş aparmır, aylıq normadan artıq elektrik işlədən şəxsləri ictimai məzəmmət etmirlər. Bundan sonra adları çəkilən məsul şəxslər bu sahədə ciddi iş aparmalıdırlar.
Onu da bildirim ki, artıq payız-qış dövrü başlanmışdır, indi əsas vəzifəmiz əhalimizi qış dövründə baş verə biləcək hər hansı fövqəladə hadisələrdən qorumaq üçün lazım olan ehtiyyat tədbirləri görməkdən ibarət olmalıdır.
Suvarma Sistemləri idarəsi artıq əkilməkdə olan payızlıq taxıl sahələrinin intensiv olaraq suvarmasını təmin etmək üçün xeyli əvvəl başladığı suvarma kanallarının lildən təmizlənməsi işlərini tez bir zamanda başa çatdırmalı, bu sahədə əkinçilərimizin qarşılaşdığı bütün problemlərin operativ olaraq həll edilməsini təmin etməlidir.
Ümumilikdə qəsəbələrdə əhalinin birbaşa xidmətində duran bütün idarələrin rəhbərləri insanlarla davranmaq tərzini müsbətə doğru dəyişməli, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşmalıdırlar. Unutmaq olmaz ki, bu hər birimizin tutduğu vəzifə borcu və eyni zamanda insanlıq borcudur.
2012-ci ilin 9 ayı ərzində Rayon İcra hakimiyyəti başçısı aparatına 480 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 22 ədədi Prezident Administrasiyasından, 3-ü Milli Məclisdən, 124-ü Nazirlər Kabinetindən, 63-ü digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 212 ədədi yuxarı təşkilatlardan, 268 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur.
Daxil olmuş müraciətlərdən 213-ü maddi yardım və əhalinin sosial müdafiəsi, 72-si mənzil, 33-ü sahibkarlığın inkişafı, 22-si əmək haqqı, 11-i təhsil, 11-i kənd təsərrüfatı, 10-u torpaq, 9-u yemək xərci verilməsi, 7-si işlə təmin olunma, 7-si qaçqın və məcburi köçkün statusu, 5-i enerji və istilik təhcizatı məsələləri, 4-ü maliyyə-kredit, 4-ü qəbul haqqında, 2-si qeydiyyat, 2-si veteranlıq barədə, 1-i pensiya, 1-i Ünvanlı sosial yardım verilməsi, 66-sı isə digər məsələlərlə bağlı olmuşdur.
Rayon İcra hakimiyyəti başçısının fəaliyyətində böyük önəm daşıyan səyyar qəbulların keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Hər ayın sonunda növbəti ay üçün RİH başçısının səyyar qəbullarının qrafiki tutulur və vətəndaşların məlumatlandırılması üçün RİH-nin rəsmi saytında yerləşdirilir. Səyyar qəbullarda ərazi üzrə səlahiyyətli nümayəndələr yaxından iştirak edirlər. Qəbulların qrafiki tutularkən məcburi köçkünlərimizin daha çox məskunlaşdıqları yaşayış məntəqələrinə üstünlük verilmişdir. Səyyar qəbulların keçirilmədiyi köçkünlərimizin məskunlaşdıqları digər yaşayış məntəqələrində isə ilin sonuna kimi görüşlərin keçiriləcəyi nəzərdə tutulmuşdur. 2012-ci ilin 9 ayında ümumilikdə 79 səyyar qəbul keçirilmişdir. Hava şəraitinin pis keçməsi və digər səbəblərdən bir neçə qəbul keçirilməmiş, lakin sonrakı dövrlərdə həmin yerlərdə yerlərdə səyyar qəbullar təşkil edilmişdir.

2012-ci ilin 9 ayı ərzində Rayon icra Hakimiyyətinin başçısı tərəfindən rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon qərargahında 54, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 5, Sumqayıt şəhərində 4, Abşeron, Sabirabad, Saatlı, Şabran, Kürdəmir, Gəncə, Şəmkir, Mingəçevir, Qax, Şəki, Zaqatala, Oğuz, Yevlax, İsmayıllı, Şamaxı, Qobustan rayonlarının hər birində isə 1 dəfə olmaqla ümumilikdə 79 səyyar görüş-qəbul keçirilmişdir. Görüşlərdə 2500 nəfər iştirak etmiş və 472 rayon sakini tərəfindən 426 təklif səsləndirilmişdir.

Səsləndirilmiş 426 təklifdən 249-u müsbət həll edilmiş, 172-si barədə müvafiq tədbir görülmüş, 5-i barədə aidiyyəti üzrə məsələ qaldırılaraq nəzarətdə saxlanılır.
Vətəndaşlardan daxil olmuş təkliflərin 9-u gənc ailələrin ailə təsərrüfatından ayrılması, 6-sı ölkədaxili qeydiyyat məsələləri, 7-si torpaq məsələləri, 32-si təhsil, 41-i mənzil, 2-si məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 3-ü sosial obyektlərin tikintisi, 5-i sosial obyektlərin təmiri, 6-sı sosial obyektlərin təchizatı, 23-ü işlə təmin olunma, 2-si əmək haqqı məsələləri, 6-sı elektrik enerjisi ilə təchizat, 10-u içməli su təchizatı, 6-sı qaz və istilik təchizatı, 2-si suvarma suyu ilə təchizat, 2-si yemək xərci müavinəti, 103-ü məcburi köçkünlük statusu, 116-sı maddi yardım göstərilməsi, 5-i yol və nəqliyyat məsələləri, 1-i rabitə və internet xidməti məsələləri, 2-si məişət məsələləri, 4-ü müharibə veteranı adı verilməsi, 5-i ünvanlı sosial yardım, 3-ü pensiyə məsələsi, 2-si plastik kart məsələsi, 23-ü isə digər cari məsələlərlə bağlı olmuşdur.

Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın 2012-ci ilin 9 ayında 20 Şura iclası keçirilməsi nəzərdə tutulmuş və aktuallığı nəzərə alınaraq 4-ü də əlavə edilməklə ümumilikdə 24 məsələ müzakirə edilmişdir.
Müzakirə edilən məsələlərdən 3-ü ilin və rübün sosial-iqtisadi inkişafının yekunları, 2-si nümayəndəliklərdə əhali ilə aparılan iş, 2-si vətəndaş müraciətlərinə baxılması, 3-ü təhsil, 3-ü kənd təsərrüfatı, 3-ü Dövlət Proqramlarının və Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının icrası, 1-i nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqları, 1-i ictimai təşkilatlar və siyasi partiyalarla aparılan iş, 1-i mədəniyyət, 1-i səhiyyə, 1-i idman, 1-i yaşıllaşdırma və abadlıq, 1-i gənclərin hərbi qeydiyyata alınması və xidmətə göndərilməsi, 1-i isə əhalinin içməli su təminatı ilə bağlı olmuşdur.

2012-ci ilin 9 ayında Cəbrayıl Rayon İcra hakimiyyətində keçiriləcək müşavirələrin perspektiv İş planına uyğun olaraq ayda bir dəfə olmaqla 9 müşavirə keçirilmişdir. Müşavirələrdə rayon əhalisinin müvəqqəti məskunlaşma ünvanları üzrə dislokasiyasının dəqiqləşdirilməsi, Təhsil, Mədəniyyət və Turizm şöbələrində, Gənclər və İdman idarəsində sənədlərlə işin təşkili və kargüzarlıq xidmətinin yaxşılaşdırılması, yaz əkini kompaniyasına hazırlıq, “Qeyri-ənənəvi islam təriqətləri və cərəyanları” barədə rayon əhalisinin maarifləndirilməsi, Rayon “Aqroservis” Müəssisəsi və digər əlaqədar xidmət təşkilatların taxıl biçininə hazırlığı, Ünvanlı sosial yardımın, pensiya və müavinətlərin təyin edilməsi qaydaları barədə əhalinin maarifləndirilməsi, Taxıl biçininin yekunu, təkrar qarğıdalı əkini və mövcud əkinlərin suvarma suyu ilə təminatı vəziyyəti, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin izahı, Rayon İcra hakimiyyətində yeni yaradılmış operativ idarəetmə mərkəzinin işi və vəzifələri barədə məsələlər müzakirə olunmuşdur.
Hörmətli toplantı iştirakçıları!
İcazə verin möhtərəm Prezidentimiz İlham Əliyev cənablarını əmin edim ki, Dövlətə daim sədaqətləri ilə seçilən Cəbrayıllılar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezidentin rəhbərliyi ilə uğurla davam etdirilən daxili və xarici siyasəti həmişə müdafiə edəcək, onun ətrafında sıx birləşməklə torpaqlarımızın işğaldan azad edilməsi, müstəqil Azərbaycanımızın ilbəil inkişaf etdirilməsi istiqamətində apardığı siyasətə daim dəstək olacaqdır.

DSMF Cəbrayıl rayon şöbəsinin müdiri Əliağa Əhmədov, Cəbrayıl rayon 54 saylı yol istismarı idarəsinin müdiri Tofiq Səfərov, Kapital bankın Cəbrayıl filialının müdiri Təvəkkül Qarayev çıxış edərək rəhbərlik etdikləri sahə üzrə görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar.

Sonda İcra hakimiyyətinin başçısı iclası yekunlaşdırmışdır.

 

Keçidlər